F-1.az xatırladır ki, Ferrari komandası sonuncu Malayziya yarışında qələbə üçün əsas favorit olsa da, komandanın hər iki sürücü mühərriklə bağlı problem yaşamışdı. Hazırda “qırmızılar” sona 5 yarış qalmış Mercedes-dən 118 xal geridə qalırlar, Sebastyan Fettel də lider Həmiltona 34 xal uduzur.
Luka di Montedzemolo: “Mübarizə cəhətdən çətin mövsümdür, amma qarşıda 5 yarış var və bu bolidlə uğur qazana bilərsiniz. Əlbəttə, danışmaq asandır, amma qalib gəlmək çətindir. Hamı bunu yaxşı başa düşür. Şansları var, lakin çətin olacaq. Ən əsası, bolidin sürətli olmasıdır. Bunu bacarsanız, etibarlılığa fokuslanarsınız. Əgər onu da bacarsanız, yarışlar qazanarsınız. Əvvəlki iki yarışda ilk cərgələrdə Ferrari var idi. Sürətli və etibarsız bolid etibarlı və yavaş boliddən yaxşıdır. Problemlər həll olunar, amma sürəti kompensə etmək çətindir”.