F-1.az-in xəbərinə görə, fransalı sürücü keçən ilin sonuncu yarışı – Əbu Dabi Qran Prisindən dərhal sonra pnevmoniya xəstəliyinə tutulduğunu, müalicənin isə bir aydan çox çəkdiyini açıqlayıb.
Esteban Okon: “Əbu Dabi yarışından sonra məndə ağır pnevmoniya baş qaldırdı. Nəticədə ay yarıma yaxın adi fiziki formama qayıda bilmədim. Komanda və məşqçilərlə birlikdə sağalmaq üçün çox çalışmalı olduq, amma indi yaxşıyam. İndi viruslar çox ciddidir, ona görə də hər kəs diqqətli olmalıdır.
Xəstəlikdən dərhal sonra o qədər zəif idim ki, adicə yeriyəndə belə nəbzim çox artırdı. Vəziyyət stabilləşəndən sonra məşqçilərim və komandam mümkün olan hər şeyi etdilər ki, tez bir zamanda adi məşqlərimə, formama qayıdım, amma uzun müddət heç bir irəliləyiş yox idi.
İndi hər şey qaydasındadır. Müxtəlif fiziki testlər etdik ki, mənim çəkim, formam və fiziki göstəricilərimin əksəriyyəti 2022-ci ildəki ilə eyni səviyyədədir. Amma deməliyəm ki, nə vaxtsa qorxulu idi, çünki xəstəlik geri çəkilmədi. İnsan bədəni çox qəribədir – o, mexanizm deyil və maşın kimi tez təmir oluna bilməz”.