İspaniya-2016: Texniki analiz

F-1.az xatırladır ki, komandalar Avropa qitəsinin ilk Qran Prisi üçün yetərincə maraqlı yeniliklər gətirmişdilər.

Barselona trasında vaclb olan ön təkərlərin effektiv iş rejimini təmin etmək üçün komandalar maraqlı yeniliklər tətbiq etmişdilər.

McLaren komandasının güc qurğusunun yeni quraşdırma üsulu diqqət çəkirdi. Görünürdü ki, Honda enli silindrik ixrac kollektorundan imtina etmiş və ənənəvi üsula keçmişdi. Mühəndislər nazik təbəqədən istifadə etmək qərarına gəliblər (1). Bununla onlar işlənmiş qazların çıxışını təmin edən sistemin soyumasının qarşısını almağa çalışıblar. Əgər isti havanın sızmasının qarşısı effektiv alınarsa, yan pontonların və mühərriyin alt örtüyünün soyutma sistemləri daha effektiv çalışar.

Mclaren Honda: nazik təbəqədə.
McLaren Honda: nazik təbəqə.

 

Soçi Qran Prisində əyləc sistemində nəzərə çarpan yeniliklər edən McLaren komandası bu dəfə əyləc barabanının soyudulması üçün böyük dəliklə gəlmişdi (2). Bu dəlikdən demək olar ki, hava maneəsiz içəri daxil ola bilir. Bu həllin məqsədi, əyləc mexanizmlərində hasil olunan isti havanın təkərə ötürülməsini artırmaq idi.

2Mclaren Honda: əyləc barabanının böyük dəlikləri
McLaren Honda: əyləc barabanının böyük dəlikləri

 

Eyni zamanda, əyləc sisteminə havanın daxil olma sahəsində də dəyişiklik edilmişdi. İki şaquli paralel giriş dəliklərin əvəzində McLaren komandası ənənəvi, təkdəlikli variantına keçmişdi (3).

Mclaren Honda: təkdəlikli variant
McLaren Honda: təkdəlikli variant

 

McLaren ön antiqanadı bir neçə dəfə yeniləmişdi. İspaniya Qran Prisinə gələn McLaren bu dəfə ön təkərlərdə havanın effektiv paylaşılmasını təmin etmək üçün antiqanadda yeniliklər etmişdi (4).

Mclaren Honda: yeni ön antiqanad
McLaren Honda: yeni ön antiqanad

 

Yeni lövhə digərləri ilə birlikdə işləyərək, təkərlərin ön hissəsindəki hava kütləsini ətrafa yönləndirməyə yardım etmək üçündür. Bu isə öz növbəsində ümumi effektivliyin artmasından başqa təkər ətrafındakı coşmuş hava kütləsinin optimal hərəkətini təmin edərək bolidin alt hissəsinə daxil olan havanın effektiv hərəkətini təmin edir.

Kaskadın yuxarı və sonuncudan əvvəlki elementlərinin daxili hissəsinə kəsmələr əlavə edilmişdi (sarı rənglə işarələnib). Bu da öz növbəsində, neytral seksiyanın əsas profilinin aerodinamik birləşmələr profili ətrafında generasiya olunan Y250 qasırğasının quruluşunu dəyişməyə qadirdir.

Yan lövhələrə yaxın olan əsas düzlüyün bir hissəsi bir az enlənib (qırmızı oxla işarələnib). Bu isə öz növbəsində antiqanadın ön hissəsində hava axınını qarşılayan qövsşəkilli elementin yerini dəyişdirmişdi.

Siz 5-ci şəkildəki gözəl mənzərəyə baxın. Ferrarinin yarışöncəsi bolidi hazırladığı mənzərə bax belədir. Çoxlu sayda borularla sarılmış bolid…

Əslində bu borular müxtəlif mayelərin, yağların və s. sistemə çatdırılması üçündür.

5Ferrari bolidi yarışa hazırlayır
Ferrari bolidi yarışa hazırlayır

 

Şəkildə sol tərəfdəki əyləc sisteminin damlavari dəliklərinə diqqət yetirin. İspaniya trasında təkərlər müxtəlif temperaturda işləməli olduqlarına görə, havalandırmada da fərqli olmalıdır.

Ferrari-nin arxa qanadında yeniliyi Soçidə etmişdi, amma DRS sistemində yaranan problemə görə istifadə etməmişdi (5.1). İspaniyada yerə yatma qüvvəsinin önəmli olduğuna görə cümə günü yeni arxa qanad intensiv sınaqdan keçirildi.

 

5-Ferrarinin arxa qanadlarının müqayisəsi
Ferrari-nin arxa qanadlarının müqayisəsi

 

Mercedes komandası hələ Soçi Qran Prisi üçün yeni antiqanad hazırlamışdı, amma lazımı qədər sınaqdan keçirə bilməmişdi. Əvvəlki qanadlardan fərqli və nəzərəçarpan yenilik, yan lövhələrin əyilmiş hissəsinin arxa tərəfindəki kəsiklərdir (6). Həmin kəsiklər hava axınının daxili hissədən çöl hissəsinə çıxışına imkan verir. Bununla da ön təkərlər üzərində hava axını daha stabil hərəkət edir.

Mercedesin yeni ön antiqanadı
Mercedes-in yeni ön antiqanadı

 

İspaniya Qran Prisində ən böyük yenilik paketini təqdim edən komanda Force İndia oldu. Gözə dəyənlərdən biri Mercedes üslübünda olan antiqanaddakı dəyişiklikdir. Yaşıl rəngdə gördüyünüz tunelin köməyi ilə, təkərin fırlanması nəticəsində əmələ gələn hava burulmasını effektiv boğmaq mümkündür (7).

Force İndianın yeni ön antiqanadı
Force İndia-nın yeni ön antiqanadı

 

 

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*