İdman işçi qrupunun iclasından sonra Silverstoun testlərinin reqlamenti bir daha dəqiqləşdirlib – əsas sürücülər testlərdə yalnız bir gün işləyəcəklər və yalnız Pirelli təkərlərini yoxlayacaqlar, digər iki günü isə sükan arxasında gənc sürücülər işləyəcəklər. Testlərin dördüncü günü olmayacaq…
Bundan başqa, Pirelli-nin Pol Rikarda və Barselonadakı testlərinə iki komanda 2011-ci ilin maşını ilə dəvət olunacaq, 2013-cü ilin maşını ilə testlər yalnız Silverstounda keçiriləcək.
Gələn il Pirelli icazə verilən 8 günlük testlərin 2 gününü özünə ayırmaq istəyir, özü də aktual maşınlarla. Bir test gününün aerodinamik boruda 4 saat işlə əvəz olunması təklifi Red Bull və Ferrari tərəfindən rədd edilib.