Əsas sürücülər daha yaxşı məlumat ötürürlər

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, əsas sürücülərlə etdikləri təkər testləri ehtiyat sürücülərlə etdikləri testlərdən faydalıdır.

F-1.az xatırladır ki, Pirelli şirkəti təkərləri yaxşı vəziyyətə gətirmək üçün komandalarla razılaşaraq daha çox test edir. Komandalar bu ideyanı dəstəkləyirlər və əksər hallarda testlərdə əsas sürücülər iştirak edir. Amma Əbu Dabidəki təkər testlərində Sergey Sirotkinlə Şarl Lekler də iştirak etmişdi.

Mario İzola: “Əvvəl onu deyim ki, artıq anlayırlar ki, əsas sürücülərin təkərləri test etməsi daha yaxşıdır və buna görə sevincliyəm. Yarış sürücüləri test sürücülərinə nisbətən daha yaxşı məlumatlar ötürürlər. Test sürücüləri ancaq bolidə və trasdakı şəraitə görə geribildirim verirlər. Yarış sürücüləri ilə test edərkən onlar həm həmin mövsümü, həm də əvvəlki mövsümləri düşünərək tam geribildirimlər verirlər. Bu, çox dəyərlidir. Bundan başqa telemetriya, sensonlar və başqa məlumat verən ölçmə cihazları var. Daha sonra bütün geribildirimləri bu məlumatlarla müqayisə edirik. Əgər geribildirimlər yaxşıdırsa, daha faydalı iş görürük.

Bu testlər təkərlərin inkişafı üçün vacibdir. Yağış təkərləri ilə də testlər edəcəyik. Bunu əksər komandalar etmək istəyir. Amma ədalətli olsun deyə hər komanda ilə bir test edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*