Esapekka Lappi Ojyeyə çatıb və keçib

Cümə günü Toyota-nın fransalı sürücüsü Sebastyen Ojyenin üstünlüyü 16 saniyəni keçsə də, Hyundai-nin finlandiyalı sürücüsü günü 0.1 saniyəlik fərqlə birinci yerdə başa vurub.

F-1.az xəbər verir ki, Dünya Ralli Çempionatının (WRC)altıncı mərhələsi cümə axşamı axşam İtaliyanın Sardiniya adasında başlayıb, lakin iştirakçılar əsl mübarizəyə cümə günü səhər qoşulublar. Günün proqramına 50 kilometrlik nəhəng dop Terranovanın iki dəfə keçidi də daxil olub.

Ekipajlar əvvəlcə bu marşrutu səhər qət ediblər. Və bu nöqtəyə qədər doqquz sürücü beş saniyəyə yerləşibsə, dopun finişinə çatdıqdan sonra fərqlər daha nəzərəçarpan olub.

Portuqaliya yarışını buraxdıqdan sonra WRC-yə qayıdan Sebastyen Ojye Toyota-nın sükanı arxasında əvvəlki lider Esapekka Lappidən bir dəfəyə 16,3 saniyə uzaqlaşa bilib.

Finlandiyalı sürücü əlindən gələni etməyə çalışsa da, Hyundai-nin təkərlərinin torpaq yolda tutuşu o qədər pis olub ki, o, bir-iki dəfə az qala yoldan çıxıb.

Bundan sonra Lappi rəqibini təqibə başlayıb və növbəti iki xüsusi mərhələdə (dopda) Oyje ilə fərqi 10 saniyə azalda bilib. Nöbəti dopda isə sürücüləri Terranovanın əks istiqamətdə keçidi gözləyib.

Bu dəfə dopda ən sürətli WRC çempionu Kalle Rovanpera olub, lakin Ojye bu dəfə risk etməməyi seçib və yalnız dördüncü oldu. Bu, Lappiyə, hətta arxa sol təkərin deşilməsinə baxmayaraq, Seb üzərində 0,1 saniyəlik fərqlə günü öndə başa vurmaq üçün kifayət edib.

Digər Hyundai təmsilçisi Tyerri Növill bu cütdən 18 saniyə geri qalıb, Rovanpera isə belçikalıya daha yarım dəqiqə uduzaraq dördüncü olub.

M-Sport Ford-un ən güclü nümayəndəsi Ott Tənak Takamoto Katsuta və Elfin Evansdan geri qalaraq günü yalnız yeddinci yerdə başa vurub.

Sardiniyada yarış şənbə günü davam edəcək, günün proqramına daha səkkiz yüksək sürətli bölmə (dop) daxildir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*