F-1.az xatırladır ki, Renault Palmerlə, Force İndia isə Okonla müqavilə bağlayıb. Bu xəbərlərdən sonra Nasr və Erikssonun Sauber-dən başqa alternativi qalmayıb.
Markus Eriksson: “Artıq seçimimiz qalmayıb və komandada qalma ehtimalım çox yüksəkdir. Hələ heç bir yenilik yoxdur və yeni xəbər olmadan danışmaq doğru deyil. Sauber bu il doğru istiqamətdə inkişaf etmədi, amma gələn il yaxşı ola bilər. Gələn il üçün güclü mühəndislərlə müqavilə imzaladılar və güclü görünürlər. Mənim üçün cəlbedici alternativdir, amma yeni müqavilə bağlamadan heç nədən əmin ola bilməzsiniz. Hələ vəziyyətin nə yerdə olduğunu bilmirəm. Ümid edirəm ki, tezliklə öyrənərəm”.
Nasr da qalmaq istədiyini deyib: “Mən həmişə demişəm və indi də deyirəm ki, Sauber yaxşı seçimdir. Komandada yeni işçilər var və yenidənqurma işləri gedir. Məncə, doğru yoldadırlar. Komanda onsuz da 2017-ci il mövsümünə fokuslanıb. Gələn il hər şey fərqli olacaq. Qərarı mən vermirəm, amma burada qalmaq istəyirəm”.