F-1.az xatırladır ki, McLaren 2015-ci ildə Honda ilə ortaqlığa başlamış və bu tərəfdaşlıq 2017-ci ilin sonunda başa çatacaq. Britaniyalıların bu müddət ərzində ən yaxşı yarış nəticəsi 5-cilik olmuşdu.
Erik Bulye: “Rəhbərliyə gedib məlumatları verdim və dedim ki, bir il də belə mövsüm keçirməyə səbrimiz yoxdur. Honda ilə ilk iki mövsümümüz çətin keçdi. Üçüncü mövsümdə bizi zirvəyə daşıyacaq inkişafı gözləyirdik. Amma Barselonadakı testlərdə geriyə getdiyimizi gördüm və istədiyimiz şey bu deyildi. Onlara xəbərdarlıq etdik. Yekunda hamını komandada saxlamalı idik.
Son üç ildə yeni qurulmuş komandamız var. Yeni və çox yaxşı insanlar var. Hamısı qələbəyə öyrəşmiş adamlardır və onları itirmək istəmərik. Ümumilik də, həmişə sürücülər barədə danışırlar, çünki onlar komandanın simasıdırlar. Amma əsil təhlükə bu insanları itirməkdir”.