F-1.az xəbər verir ki, ərəblərin Formula1 səhmləri üçün 20 milyard dollar təklif etdiyi, lakin bu təklifin Liberty Media-nı maraqlandırmadığı üçün rədd edildiyi bildirilir.
Liberty Media Formula1-i 2016-cı ildə 4,4 milyard dollara alıb, lakin qiymət hazırda 15,2 milyard dollar hesab edilir. Buna görə də 20 milyard dolların cari sahibləri maraqlandırmaması təəccüblü deyil. Bununla belə, investisiya fondu Liberty Media aktivini satmaq qərarına gələrsə, təklifin qüvvədə qalacağını açıqlayıb.
Səudiyyə Ərəbistanı son illərdə avtomobil idmanına böyük sərmayə qoyur. 2021-ci ildən Formula1 Ciddədə şəhər trasında keçirilir, eyni zamanda Qiddiyada da stasionar yarış yolu tikilir. Hətta komandalar öz bazalarını Böyük Britaniyadan bu Yaxın Şərq ölkəsinə köçürmək təklifi alıblar”.