Epsilon Euskadi komandası BMW-nin yerini tutmağa hazırdır

Epsilon Euskadi komandası gələn il dünya çempionatında BMW Sauber komandasının yerini tutmağa hazırdır, amma alman-isveçrə komandası sahibini dəyişə bilər. İspaniyanın […]

Epsilon Euskadi komandası gələn il dünya çempionatında BMW Sauber komandasının yerini tutmağa hazırdır, amma alman-isveçrə komandası sahibini dəyişə bilər. İspaniyanın Epsilon komandası gələn ilin dünya çempionatında iştirak etmək arzusunda idi, amma komanda FİA-nın seçimindən keçməyib. Lakin komandanın başçısı Xoan Villadelpart əvvəlki kimi ümid edir ki, onun komandasının gələn il starta çıxmaq şansı var…

Xoan Villadelpart: “Bu layihə üzərində iş davam edir, düzdür, əvvəlki kimi gərgin işləmirik, çünki starta çıxmağımıza zəmanət yoxdur. Amma təəccüblüdür ki bizə kömək etmək istəyən insanlar Formula1-ə olan maraqlarını təsdiq ediblər. Belə bir şans olsa, biz ondan istifadə edəcəyik.”

Vaxtilə McLaren, Ferrari, Benetton və Prost komandalarında işləmiş Villadelpart etiraf edib ki, BMW-nin çempionatdan getmək xəbəri onu təəccübləndirib: “Xəbər məni doğrudan da təəccübləndirdi, çünki bu komanda Razılıq Müqaviləsi üzərində böyük iş görüb və FOTA-nın fəaliyyətində aktiv iştirak edib. Amma böyük avtoistehsalçılar həmişə belədirlər, çünki son qərar tamamilə başqa adamlar tərəfindən qəbul edilir – Maks Mosli məhz bundan qorxurdu.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*