Ə.Nyui: “Biz hamıdan çox itirəcəyik”

Ədrian Nyui son reqlament çərçivəsində hər il ən yaxşı maşın hazırlamağa nail olmuşdu, amma bu il Formula1-i ciddi dəyişikliklər gözləyir, […]

Ədrian Nyui son reqlament çərçivəsində hər il ən yaxşı maşın hazırlamağa nail olmuşdu, amma bu il Formula1-i ciddi dəyişikliklər gözləyir, ona görə də çempion komandası digərlərindən çox itirə bilər – Red Bull komandasının texniki departamentinin başçısı belə düşünür…

Ədrian Nyui: “Əvvəlki reqlament çərçivəsində biz rəqiblərimizlə müqayisədə işlənmiş qazların enerjisindən asfalta yatma qüvvəsinin artırılmasında istifadə etməklə daha böyük uğur qazana bildik, amma indi hamıdan çox itirə bilərik – bu il qazburaxma borusu elə yerləşəcək ki, əvvəlki effektliyə nail olmaq mümkün deyil, həm də qazlarının enerjisinin böyük bir hissəsini turbin götürəcək.

Ön antiqanadın eni azalacaq, ona görə də yan lövhəciklər düz ön təkərlərin qarşısına düşəcək – aerodinamika baxımından qanadın optimal işləməsinə nail olmaq çətindir. Eləcə də yeni güc qurğusunu yeni şassiyə inteqrasiya etmək də çox çətindir – yeni güc qurğusu çox nəhəngidr, onu ram etmək əvvəlki motora nisbətən 2-3 dəfə çətindir…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*