Əndi Qrin: Əcəb edirik!

Racing Point komandasının texniki direktoru Əndi Qrin bildirib ki, RP20-nin Mercedes-in keçənilki bolidi W10-a bənzəməsi normaldır.

F-1.az xatırladır ki, kanadalılar yeni bolidini Barselonada gün üzünə çıxarıb və maşının burun, ön qanadı, asılqanları və saydpodları Mercedes-in keçənilki bolidi W10-u xatırladır.

Əndi Qrin: “Keçən ilin may ayından Mercedes-lə işləyirik. Buna görə də onların konseptini izləməyimiz labüddür. Red Bull-u kopyalamaqdan daha məntiqlidir. Mercedes-in aerodinamik borusunda yoxladığımız bütün detallar bu konseptə görə yığılıb”.

Qeyd edək ki, Mercedes artıq 2009-cu ildən bəri Racing Point komandasına mühərrik verir. Ancaq keçən il iki komanda arasındakı tərəfdaşlıq daha da böyüyüb. İndi asılqan sistemini də “gümüşü oxlar” hazırlayır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*