F-1.az xəbər verir ki, geridə qoyduğumuz mövsümün 12 yarışında ötmələrin sayı 30-dan çox, 10 yarışında isə 30-dan az olub. Siyahıya Braziliya başçılıq edir – İnterlaqosda bu il 62 ötmə qeydə alınıb. Sonucu yeri isə yağışlı havada baş tutan və cəmi 5 ötmənin olduğu Monako yarışı tutub.
Siyahıda qalan yarışlardakı tam rəqəmlər verilməsə də, ikinci yeri tutan ABŞ Qran Prisində də 60-a yaxın ötmənin olduğu görünür. İlk üçlüyü isə Bəhreyn Qran Prisi tamamlayıb. Emiliya Romanya, Sinqapur, Yaponiya və Meksika yarışlarında da ötmələrin sayı 20-dən az olub.
Qeyd edək ki, Azərbaycan Qran Prisindən 20-dən bir qədər çox ötmə olub.