F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü İmolada az yağış yağacağı gözlənilirsə, şənbə və yarışın baş tutacağı bazar günləri güclü leysan və tufan müşahidə oluna bilər. Hər 3 gün ərzində sessiyalar zamanı temperatur əsasən müsbət 17-19 dərəcə arasında olacaq.
Xatırladaq ki, ötən il İmolada şənbə günü keçirilən məşq və sprint yarışı istisna, qalan sessiyalar yağışlı havada baş tutmuşdu.