F-1.az bildirir ki, bir çox komanda mümkün qədər çox məlumat əldə etmək üçün proqramı sürücüləri arasında bölüşdürüb.
Kvyat, Sayns, Maqnussen və Bottas çınqıllığa çıxsa da, maşınlara zərər dəyməyib. Bir çox sürücünün dövrəvi nəticələri 9-cü və 13-cü döngədə yoldan çıxdıqları üçün ləğv edilib. Lakin Portimaoda olduğu kimi, burada da FİA-nın qeyd olunan yerlərdə yoldan tam çıxmaya görə cəza verilməsini ləğv edəcəyi gözlənilir.
Latifi texniki problemlərə görə sessiyanın böyük hissəsini itirib. Sürücülər Soft təkərlərin tez aşınmasından şikayətləniblər. Medium təkərlərin daha yaxşı olması nəzərə çarpıb.
Sessiyada ən sürətli pilot 1:14.726-ləq nəticə ilə Lyuis Həmilton olub. Nəzərə alsaq ki, sıralanma turuna heç kim kifayət qədər hazırlaşa bilməyib, bizi bu günün əsas sessiyasında sürprizlər gözləyə bilər…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:14.726 | – | 46 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:15.023 | + 0:00.297 | 38 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:15.218 | + 0:00.492 | 47 |
4 | 10 | Pyer Qasli | AlphaTauri | 1:15.633 | + 0:00.907 | 46 |
5 | 16 | Şarl Lekler | Ferrari | 1:15.688 | + 0:00.962 | 40 |
6 | 3 | Daniel Rikkardo | Renault | 1:15.839 | + 0:01.113 | 32 |
7 | 31 | Esteban Okon | Renault | 1:15.945 | + 0:01.219 | 43 |
8 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:15.966 | + 0:01.240 | 47 |
9 | 23 | Aleksander Elbon | Red Bull | 1:16.061 | + 0:01.335 | 41 |
10 | 18 | Ləns Stroll | Racing Point | 1:16.082 | + 0:01.356 | 42 |
11 | 11 | Serxio Peres | Racing Point | 1:16.109 | + 0:01.383 | 41 |
12 | 5 | Sebastyan Fettel | Ferrari | 1:16.167 | + 0:01.441 | 40 |
13 | 8 | Roman Qrojan | Haas | 1:16.550 | + 0:01.824 | 42 |
14 | 55 | Karlos Sayns | McLaren | 1:16.560 | + 0:01.834 | 42 |
15 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:16.564 | + 0:01.838 | 33 |
16 | 4 | Lando Norris | McLaren | 1:16.671 | + 0:01.945 | 44 |
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:16.684 | + 0:01.958 | 43 |
18 | 63 | Corc Rassell | Williams | 1:16.780 | + 0:02.054 | 42 |
19 | 20 | Kevin Maqnussen | Haas | 1:17.060 | + 0:02.334 | 45 |
20 | 6 | Nikolas Latifi | Williams | 1:17.779 | + 0:03.053 | 28 |