Emiliya Romanya QP baş tutacaq

Növbəti yarışın iki həftədən sonra keçiriləcəyi Emiliya-Romanyada baş verən təbii fəlakət yarışın keçirilməməsi riskini yaratmışdı.

F-1.az xəbər verir ki, güclü yağışlar daşqın və sürüşmələrə səbəb olub, insan tələfatı var. Baxmayaraq ki, növbəti həftələrdə yenidən yağıntı gözlənilir, hadisələrin pik nöqtəsi artıq arxada qalıb.

Dünən zərər çəkmiş ərazidə bazası olan AlphaTauri komandası rəsmi açıqlama yayıb və bu gün yarışın promouterləri və İmolada trasının sahibləri Qran Prinin planlaşdırıldığı kimi baş tutacağını təsdiqləyiblər.

Promouterin rəsmi sözçüsü bildirib: “Biz təsdiq edirik ki, bu həftə bölgəmizə yağan yağış trasa və keçirməyi planlaşdırdığımız qarşıdan gələn yarışa və tədbirlərə hazırlıqlara təsir göstərməyib”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*