Emiliya Romanya-2022: Yarış

Ferrari uzun müddətdən sonra aşkar favorit kimi öz vətənində mübarizə qoşulub və bu da tribunaların tam dolmasına şərait yaradıb. Qırmızılar qələbə arzusunda olsa da, Red Bull fərqin daha da artmasının qarşısını almaq üçün bura gəlib.

F-1.az xatırladır ki, cümə günü baş tutan ilk sərbəst yürüşlərdə Şarl Lekler hamıdan üstün olsa da, sprint yarışının start düzümünü müəyyən sıralama turunda əsas rəqibi Maks Ferstappenə məğlub olub. Çox əhəmiyyət daşımayan dünənki məşqlərə Corc Rassell liderlik edib. Sprint yarışı isə son dünya çempionunun qələbəsi ilə başa çatıb.

Yarışa ilk cərgədən Ferstappen və Lekler, ikinci cərgədən Peres və Sayns, üçüncü cərgədən isə Norris və Rikkardo başlayıblar. Dünənki sprint yarışında qəzaya uğrayan Çjounun maşınının düzəldilməsi üçün qapalı park qaydaları pozulub və çinli sürücü pit-leyndən start alıb.

Üç saat əvvəl başlayan yağış 1 saat əvvəl dayanıb. Tras qurusa da, bəzi yerlərdə gölməçələr qalıb və hamı keçid təkərlərlə yarışa başlayıb.

Startda Ferstappen liderliyini qoruyub, Peres və Norris Lekleri qabaqlayıb. Rikkardo və Sayns təmas edib və ispan sürücü yerində fırlanıb. Hər iki sürücü çınqıllığa düşüb. Daniel mübarizəni davam etdirsə də, Karlos üçün yarış başa çatıb. Təhlükəsizlik Maşını trasa daxil olub. Şumaxer Alonso ilə təmas yaşayaraq trasdan çıxıb, lakin geri qayıda bilib. 2-ci dövrədə ilk onluq: Ferstappen – Peres – Norris – Lekler – Maqnussen – Rassell – Bottas – Alonso – Fettel – Tsunoda.

Rikkardo pit-stop edib və onun maşınına yenə də keçid təkərləri taxılıb. Restart beşinci dövrədə elan edilib, Ferstappen yenə yerini qoruyub. Fettel, Tsunoda və Stroll maşını zədələnmiş Alonsonu qabaqlayıblar. Fernando 7-ci dövrədə boksa gəlib və yarışdan çəkilib. Lekler 8-ci dövrədə Norrisi ötərək üçüncü yerə yüksəlib.

Rassell arıdıcl hücumlarından sonra Maqnusseni ötüb. Danimarkalı sürücü bir qədər sonra Bottasla mübarizədən də məğlub ayrılıb. Rikkardo 17-ci dövrədə yenidən pit yoluna üz tutub və sliklərə keçən ilk sürücü olub. Onu bir dövrə sonra Fettel, Qasli və Elbon, 19-cu dövrədə Peres, Rassell, Bottas, Maqnussen, Tsunoda, Stroll, Həmilton, Okon, Latifi və Çjou, 20-cu dövrədə isə Ferstappen, Lekler və Norris izləyiblər.

Okon pit-stopdan ayrılarkən Həmilton üçün təhlükə yaratdığından 5 saniyəlik cəza alıb. Bottas ön sağ təkərin dəyişilməsi ləngidiyi üçün 8 saniyə itirib. Lekler Peresi ötsə də, meksikalı sürücü dərhal yerini bərpa edib. 22-ci dövrədə ilk onluq: Ferstappen – Peres – Lekler – Norris – Rassell – Bottas – Fettel – Maqnussen – Tsunoda – Stoll.

Şumaxer 25-ci dövrədə yenə trasdan çıxıb, lakin yoluna davam edə bilib. Bu səhvə 3 dəqiqə sonra Peres yol verib. Lekler onu ötməyə çalışsa da, Serxio mövqeyini qoruya bilib. Rikkardo 31-ci dövrədə Hard təkərlərə keçib. DRS-dən icazəyə yalnız 35-ci dövrədən etibarən icazə verilib. Tsunoda Maqnusseni geridə qoyub.

Lekler sona 13 dövrə qalmış sürətli dövrə üçün Soft təkərlərə keçib və Norrisin gerisində trasa qayıdıb. Red Bull bu həmləyə Peresi Soft təkərlərə keçirərək cavab verib. Lekler Norrisi 51-ci dövrədə növbəti dəfə keçərək üçüncü yerə yüksəlib. Ferstappen də 52-ci dövrədə yumşaq təkərlərə keçib. Bir dövrə sonra kobud səhvə yol verən Lekler yerində fırlanaraq trasdan çıxıb və divarla təmas edərək ön qanadını zədələyib. Dərhal pit-stop edən monakolu sürücü yalnız 9-cu yerdə geri qayıda bilib. Tsunoda Fetteli ötərək 6-cı yerə yüksəlib. Lekler növbəti 6 dövrədə Maqnussen, Fettel və Tsunodanı geridə qoyaraq altıncılığa qədər qalxa bilib.

Maks Ferstappen mövsümdə ikinci, karyerasında 22-ci qələbəsini qazanıb. Bu, həm də onun karyerasında ikinci Böyük Dəbilqə uğuru olub. Serxio Peres ikinci yeri tutub. Red Bull komanda olaraq həftəsonu mümkün 59 xaldan 58-ni qazanıb. Lando Norris mövsümdə ilk podiumunu əldə edib.

Aston Martin üçün yarış mövsümdə ilk xalları qazanmaq baxımından əlamətdar olub – üstəlik hər iki sürücü ilə.

Mübarizə 2 həftə sonra təqvimdə debüt edən Mayami trasında davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 1 Maks Ferstappen Red Bull 1:32:07.986 2
2 11 Serxio Peres Red Bull + 0:16.527 2
3 4 Lando Norris McLaren + 0:34.834 1
4 63 Corc Rassell Mercedes + 0:42.506 1
5 77 Valtteri Bottas Alfa Romeo + 0:43.181 1
6 16 Şarl Lekler Ferrari + 0:56.072 3
7 22 Yuki Tsunoda AlphaTauri + 1:01.110 1
8 5 Sebastyan Fettel Aston Martin + 1:10.892 1
9 20 Kevin Maqnussen Haas + 1:15.260 1
10 18 Ləns Stroll Aston Martin +1 dövrə 1
11 23 Aleksander Elbon Williams +1 dövrə 1
12 10 Pyer Qasli AlphaTauri +1 dövrə 1
13 44 Lyuis Həmmilton Mercedes +1 dövrə 1
14 31 Esteban Okon * Alpine +1 dövrə 1
15 24 Quanyu Çjou Alfa Romeo +1 dövrə 1
16 6 Nikolas Latifi Williams +1 dövrə 1
17 47 Mik Şumaxer Haas +1 dövrə 2
18 3 Daniel Rikkardo McLaren +1 dövrə 3

 

*  – Pit-stopdan təhlüli çıxdığı üçün nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:18.446 (55-ci dövrə, 225.281 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Fernando Alonso Alpine 7 qəzadan yaranan problem
Karlos Sayns Ferrari 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 16 Şarl Lekler Scuderia Ferrari 86
2 33 Maks Ferstappen Red Bull Racing 59
3 11 Serxio Peres Red Bull Racing 54
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 49
5 55 Karlos Sayns Scuderia Ferrari 38
6 4 Lando Norris McLaren Racing 35
7 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 28
8 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 24
9 31 Esteban Okon Alpine F1 Team 20
10 20 Kevin Maqnussen Haas F1 Team 15
11 3 Daniel Rikkardo McLaren Racing 11
12 22 Yuki Tsunoda Scuderia AlphaTauri 10
13 10 Pyer Qasli Scuderia AlphaTauri 6
14 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 4
15 14 Fernando Alonso Alpine F1 Team 2
16 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 1
17 23 Aleksander Elbon Williams Racing 1
18 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Scuderia Ferrari Ferrari 124
2 Oracle Red Bull Racing Red Bull 113
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 77
4 McLaren F1 Team Mercedes 46
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 25
6 Alpine F1 Team Renault 22
7 Scuderia AlphaTauri Red Bull 16
8 Haas F1 Team Ferrari 15
9 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 5
10  Williams Racing Mercedes 1
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*