F-1.az bildirir ki, bu gün hava dünənkindən isti olub. Bu da nəticələrə müsbət təsir göstərib. Mexaniklər sessiyanın əvvəlindən etibarən Rikkardonun maşınını söküblər. Buna səbəb telemetriyada aşkarlanan problem olub. Daniel bu sessiyanı buraxmalı olub. Digər McLaren maşınında isə əyləc problemi yaşanıb – Lando 3 dövrə vurduqdan sonra boksa qayıdıb, lakin o daha sonra yenidən trasa çıxa bilib.
Sessiyanı boksda keçirən digər sürücü isə Bottas olub. Komanda onun sıralanma turunda dayanmasına səbəb olan nasazlıq üzərində işləyib və ümid edirlər ki, sprint yarışına qədər maşın tam hazır olacaq.
Sürücülər qəza etməmək üçün ehtiyatlı davranıblar və yanız təkərlərin aşınmasını qiymətləndirə biliblər. İkinci sərvəst yürüşlər bu həftəsonu qırmızı bayraqlarla dayandırılmayan ilk sesiya olub. Protokollara Corc Rassell başçılıq edib – 1:19.457.
Bizi bu gün olduqca maraqlı sprint yarışı gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 63 | Corc Rassell | Mercedes | 1:19.457 | – | 32 |
2 | 11 | Serxio Peres | Red Bull | 1:19.538 | + 0:0.081 | 33 |
3 | 16 | Şarl Lekler | Ferrari | 1:19.740 | + 0:0.283 | 35 |
4 | 44 | Lyuis Həmilton | Mercedes | 1:19.992 | + 0:0.535 | 34 |
5 | 14 | Fernando Alonso | Alpine | 1:20.174 | + 0:0.717 | 29 |
6 | 55 | Karlos Sayns | Ferrari | 1:20.258 | + 0:0.801 | 31 |
7 | 1 | Maks Ferstappen | Red Bull | 1:20.371 | + 0:0.914 | 36 |
8 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:20.381 | + 0:0.924 | 35 |
9 | 10 | Pyer Qasli | AlphaTauri | 1:20.439 | + 0:0.982 | 37 |
10 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:20.498 | + 0:1.041 | 32 |
11 | 23 | Aleksander Elbon | Williams | 1:20.591 | + 0:1.134 | 34 |
12 | 20 | Kevin Maqnussen | Haas | 1:20.740 | + 0:1.283 | 30 |
13 | 47 | Mik Şumaxer | Haas | 1:20.977 | + 0:1.520 | 29 |
14 | 18 | Ləns Stroll | Aston Martin | 1:21.149 | + 0:1.692 | 38 |
15 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:21.155 | + 0:1.698 | 38 |
16 | 31 | Esteban Okon | Alpine | 1:21.179 | + 0:1.722 | 30 |
17 | 6 | Nikolas Latifi | Williams | 1:21.263 | + 0:1.806 | 31 |
18 | 4 | Lando Norris | McLaren | 1:23.821 | + 0:4.364 | 6 |
19 | 3 | Daniel Rikkardo | McLaren | – | – | 0 |
20 | 77 | Valtteri Bottas | Alfa Romeo | – | – | 0 |