Emiliya Romanya-2022: Birinci sərbəst yürüşlər

Əksər komandalar İmolaya yeniliklər gətirib, lakin yağış onları yoxlamağa imkan verməyib. F3-də məşqlər dəfələrlə dayandırılıb, F2-də isə təxirə salınıb.

F-1.az bildirir ki, starta qədər yağış səngisə də, asfaltda xeyli su olub. Yeni maşınlar ilk dəfə belə bir şəraitdə trasa çıxıblar. Sürücülərdən xeyli səhvlər gəlib – Lekler iki dəfə yerində fırlanıb, Latifi, Okon, Norris və Maqnussen çınqıllığa düşüblər, Sayns isə otluq sahəyə çıxıb. Heç bir halda maşınlar zədələnməyib.

Norris sonlara yaxın yenə çınqıllıqda ilişib qalıb və qırmızı bayraqlar dalğalanıb. Sessiya bərpa edilib. Bir qədər sonra Bottas da ciddi səhvə yol verib.

Protokollara Şarl Lekler başçılıq edib – 1:29.402. Bu həftəsonunun formatına görə, bizi sıralanma turu gözləyir. Hava proqnozları yağış vəd etmir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:29.402 24
2 55 Karlos Sayns Ferrari 1:30.279 + 0:00.877 25
3 1 Maks Ferstappen Red Bull 1:30.867 + 0:01.465 21
4 20 Kevin Maqnussen Haas 1:32.439 + 0:03.037 23
5 47 Mik Şumaxer Haas 1:32.988 + 0:03.586 23
6 11 Serxio Peres Red Bull 1:33.012 + 0:03.610 17
7 14 Fernando Alonso Alpine 1:33.160 + 0:03.758 13
8 5 Sebastyan Fettel Aston Martin 1:33.365 + 0:03.963 22
9 22 Yuki Tsunoda AlphaTauri 1:33.611 + 0:04.209 18
10 63 Corc Rassell Mercedes AMG 1:34.262 + 0:04.860 21
11 77 Valtteri Bottas Alfa Romeo 1:34.615 + 0:05.213 19
12 10 Pyer Qasli AlphaTauri 1:35.104 + 0:05.702 19
13 31 Esteban Okon Alpine 1:35.420 + 0:06.018 14
14 4 Lando Norris McLaren 1:35.502 + 0:06.100 12
15 3 Daniel Rikkardo McLaren 1:35.625 + 0:06.223 15
16 18 Ləns Stroll Aston Martin 1:36.033 + 0:06.631 23
17 23 Aleksandere Elbon Williams 1:36.461 + 0:07.059 17
18 44 Lyuis Həmilton Mercedes AMG 1:36.464 + 0:07.062 17
19 24 Quanyu Çjou Alfa Romeo 1:37.450 + 0:08.048 22
20 6 Nikolas Latifi Williams 1:39.698 + 0:10.296 15
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*