F-1.az xatırladır ki, cümə günü baş tutan hər iki məşqdə Bottas hamıdan sürətli olub, bugünkü sessiyada isə Ferstappen öz adını birinci yerə yazdırıb. Nəticələrin həddən artıq sıx olması sıralanma turuna olan marağı da xeyli artırıb.
Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 təkərlərini gətirib. Havanın soyuq olması sürücülərə təkər qızdırmaqda xeyli problemlər yaradıb.
İlk Sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Lakin bir dövrə vurmaq imkanları olub – Tsunodanın qəzasına görə qırmızı bayraqlar dalğalandırılıb. Yapon sürücü 14-cü döngədə səhvə yol verib. Zərbə güclü olub və o, dərhal müayinə üçün tibbi mərkəzə göndərilib. Təxliyəyə görə fasilə 9 dəqiqə davam edib.
Peres və Qaslinin nəticələri trasdan tam çıxdıqları üçün ləğv edilib. Bottas protokollara 1:14.672-lik nəticə ilə başçılıq edib. Tsunoda ilə yanaşı, Haas və Alfa Romeo sürücüləri üçün də mübarizə başa çatıb.
İkinci Sessiyada Mercedes və Williams sürücüləri ilə yanaşı, Ferstappen də Medium təkərlərlə boksdan ayrılıb. Qasli və Fettel trasın hüdudlarını pozublar və nəticələri ləğv edilib. İlk cəhddə Norris hamıdan yaxşı nəticə göstərsə də, Peres ikinci cəhdində onu üstələyib – 1:14.716. Alonso, Latifi, Fettel, Rassell və Sayns ilk onluqdan kənarda qalıblar.
Son Sessiyada hamı Soft təkərlərlə mübarizəyə qoşulub. Həmiltonun ilk cəhddəki nəticəsi 1:14.411 olub və rəqibləri ondan cüzi geri qalıblar. İkinci cəhdlər də xüsusilə Red Bull sürücülərinin səhvə yol verməsi bu nəticənin ən yaxşı olaraq qalmasına kömək edib. Norris möhtəşəm dövrə ilə ikinci yerə yüksəlsə də, trasdan çıxdığı üçün nəticə ləğv edilib.
Beləliklə, Lyuis Həmilton bu il ilk, karyerasında isə 99-cu poulunu qazanıb. İkinci yeri tutan Serxio Peres ilk dəfə yarışa birinci cərgədən başlamaq şansı əldə edib. Maks Ferstappen və Şarl Lekler ikinci cərgəni, Pyer Qasli və Daniel Rikkardo isə üçüncü cərgəni tutublar.
Sabah bizi olduqca maraqlı yarış gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2 | 1:14.823 | 10 | 4 | 1:14.817 | 7 | 1:14.411 | 6 |
2 | 11 | Serxio Peres | Red Bull | 6 | 1:15.395 | 6 | 1 | 1:14.716 | 6 | 1:14.446 | 6 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 4 | 1:15.109 | 6 | 5 | 1:14.884 | 8 | 1:14.498 | 6 |
4 | 16 | Şarl Lekler | Ferrari | 8 | 1:15.413 | 7 | 3 | 1:14.808 | 6 | 1:14.740 | 6 |
5 | 10 | Pyer Qasli | AlphaTauri | 11 | 1:15.548 | 7 | 7 | 1:14.927 | 8 | 1:14.790 | 6 |
6 | 3 | Daniel Rikkardo | McLaren | 13 | 1:15.669 | 9 | 8 | 1:15.033 | 6 | 1:14.826 | 6 |
7 | 4 | Lando Norris | McLaren | 3 | 1:15.009 | 6 | 2 | 1:14.718 | 3 | 1:14.875 | 6 |
8 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1 | 1:14.672 | 9 | 6 | 1:14.905 | 7 | 1:14.898 | 6 |
9 | 31 | Esteban Okon | Alpine | 5 | 1:15.385 | 8 | 9 | 1:15.117 | 6 | 1:15.210 | 6 |
10 | 18 | Ləns Stroll | Aston Martin | 10 | 1:15.522 | 8 | 10 | 1:15.138 | 6 | – | 6 |
11 | 55 | Karlos Sayns | Ferrari | 7 | 1:15.406 | 10 | 11 | 1:15.199 | 6 | ||
12 | 63 | Corc Rassell | Williams | 14 | 1:15.826 | 10 | 12 | 1:15.261 | 6 | ||
13 | 5 | Sebastyan Fettel | Aston Martin | 9 | 1:15.459 | 8 | 13 | 1:15.394 | 6 | ||
14 | 6 | Nikolas Latifi | Williams | 12 | 1:15.653 | 8 | 14 | 1:15.593 | 6 | ||
15 | 14 | Fernando Alonso | Alpine | 15 | 1:15.832 | 8 | 15 | 1:15.593 | 6 | ||
16 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 16 | 1:15.974 | 10 | |||||
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 17 | 1:16.122 | 9 | |||||
18 | 47 | Mik Şumaxer | Haas | 18 | 1:16.279 | 12 | |||||
19 | 9 | Nikita Mazepin | Haas | 19 | 1:16.797 | 12 | |||||
20 | 22 | Yuki Tsunoda | AlphaTauri | 20 | – | 2 |