F-1.az bildirir ki, 9-cu və 15-ci döngələrdə bir çox sürücü trasdan çıxdığı üçün həmin dövrəvi nəticələri ləğv edilib. Komandası Mazepinin ötürmələr qutusunu dəyişdirməyi vaxtında tamamlaya bilməyib, qalan sürücülər isə ilk dəqiqələrdən trasa çıxıblar. Ferstappen 11-ci dəqiqədə ikinci sektorda ötürmələrdə yaranan problemə görə dayanmalı olub və bugünkü işini erkən başa vurub.
Lekler sessiyanın sonlarında 18-ci döngədə qəza edib. Sürücü xəsarət almayıb. Qırmızı bayraqlarla dayandırılan sessiya davam etməyib. Valtteri Bottas bu dəfə də ən sürətli olub – 1:15.551. Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:15.551 | – | 25 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:15.561 | + 0:00.010 | 26 |
3 | 10 | Pyer Qasli | AlphaTauri | 1:15.629 | + 0:00.078 | 30 |
4 | 55 | Karlos Sayns | Ferrari | 1:15.834 | + 0:00.283 | 30 |
5 | 16 | Şarl Lekler | Ferrari | 1:16.371 | + 0:00.820 | 28 |
6 | 11 | Serxio Peress | Red Bull | 1:16.411 | + 0:00.860 | 25 |
7 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:16.419 | + 0:00.868 | 26 |
8 | 4 | Lando Norris | McLaren | 1:16.485 | + 0:00.934 | 23 |
9 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:16.513 | + 0:00.962 | 25 |
10 | 18 | Ləns Stroll | Aston Martin | 1:16.737 | + 0:01.186 | 25 |
11 | 31 | Esteban Okon | Alpine | 1:16.817 | + 0:01.266 | 27 |
12 | 6 | Nikolas Latifi | Williams | 1:16.823 | + 0:01.272 | 29 |
13 | 14 | Fernando Alonso | Alpine | 1:16.835 | + 0:01.284 | 27 |
14 | 33 | Maks Ferstappen | Red Bull | 1:16.999 | + 0:01.448 | 5 |
15 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:17.092 | + 0:01.541 | 27 |
16 | 63 | Corc Rassell | Williams | 1:17.179 | + 0:01.628 | 31 |
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:17.273 | + 0:01.722 | 27 |
18 | 3 | Daniel Rikkardo | McLaren | 1:17.281 | + 0:01.730 | 24 |
19 | 47 | Mik Şumaxer | Haas | 1:17.350 | + 0:01.799 | 28 |
20 | 9 | Nikita Mazepin | Haas | 1:17.857 | + 0:02.306 | 16 |