F-1.az bildirir ki, çətin trasda məşqlər Mazepinin çınqıllığa düşməsi ilə başlayıb. Rusiyalı sürücü boksa qayıdıb, bir qədər sonra yenidən proqramını davam etdirib. Bir qədər sonra başqa bir debütant Tsunoda ilk şikanda ciddi səhvə yol verib. Ferstappen və Latifi də çınqıllığa çıxıblar, lakin ciddi problem yaranmayıb.
FOM-da texniki problem yaranıb, komandalar maşından məlumatları ala bilməyiblər və radioəlaqə olmayıb. Bu da 38-ci dəqiqədə qırmızı bayrağa səbəb olub. Sürətli dövrəsində olan Peres yavaş sürətlə hərəkət edən Okonla toqquşub və arxa sol təkəri deşilib. Okonun maşınının isə ön sağ asılqanı qırılıb. Fasilə 10 dəqiqə davam edib. Sessiyanın sonlarına planlaşdırılan Virtual Təhlükəsizlik Maşını sınağı texniki nasazlıqlar aradan qalxmadığı üçün ləğv edilib. Məşqlər Mazepinin qəzası ilə başladığı kimi, belə də başa çatıb.
Protokollara 1:16.654-lük nəticə ilə Valtteri Bottas başçılıq edib. Sərbəst yürüşlər axşam davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:16.564 | – | 23 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:16.605 | + 0:00.041 | 25 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:16.622 | + 0:00.058 | 21 |
4 | 16 | Şarl Lekler | Ferrari | 1:16.796 | + 0:00.232 | 13 |
5 | 10 | Pyer Qasli | AlphaTauri | 1:16.888 | + 0:00.324 | 21 |
6 | 55 | Karlos Sayns | Ferrari | 1:16.888 | + 0:00.324 | 26 |
7 | 14 | Fernando Alonso | Alpine | 1:17.457 | + 0:00.893 | 23 |
8 | 18 | Ləns Stroll | Aston Martin | 1:17.489 | + 0:00.925 | 19 |
9 | 6 | Nikolas Latifi | Williams | 1:17.739 | + 0:01.175 | 24 |
10 | 3 | Daniel Rikkardo | McLaren | 1:17.769 | + 0:01.205 | 23 |
11 | 63 | Corc Rassell | Williams | 1:17.866 | + 0:01.302 | 25 |
12 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:17.883 | + 0:01.319 | 16 |
13 | 4 | Lando Norris | McLaren | 1:17.935 | + 0:01.371 | 16 |
14 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:17.984 | + 0:01.420 | 23 |
15 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:18.058 | + 0:01.494 | 24 |
16 | 11 | Serxio Peres | Red Bull | 1:18.228 | + 0:01.664 | 15 |
17 | 31 | Esteban Okon | Alpine | 1:18.360 | + 0:01.796 | 20 |
18 | 9 | Nikita Mazepin | Haas | 1:18.823 | + 0:02.259 | 22 |
19 | 47 | Mik Şumaxer | Haas | 1:19.480 | + 0:02.916 | 18 |
20 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:19.781 | + 0:03.217 | 11 |