Əlbon: Mühəndislər Kuboku uğrunda mübarizəni mütləq görəcəyik

Williams-ın pilotu Aleks Əlbon hesab edir ki, mövsümün sonunda bizi çempionluq uğrunda deyil, Mühəndislər Kuboku uğrunda mübarizə gözləyir.

F-1.az xatırladır ki, hazırda sürücülərin çempionatında Maks Ferstappen 78 xal üstünlüyə malikdirsə, Mühəndislər Kubokunda Red Bull cəmi 42 xalla McLaren-i üstələyir…

“Bilmirəm Lando fərdi hesabda Maksı keçə biləcək ya yox, amma Mühəndislər Kubokunda qələbə uğrunda mübarizəni mütləq görəcəyik, – deyə Əlbon RacingNews365-ə müsahibəsində bildirib. – Son aylarda hər mərhələdə kəskin rəqabət olub. Əvvəllər biz belə mübarizəni orta qrup komandaları arasında görürdük, indi ən güclülərin belə mübarizə aparması əladır.

Maks artıq çempionluq uğrunda mübarizəyə öyrəşib, o, dəfələrlə belə vəziyyətdə olub və buna yaxşı hazırdır. Lando üçün hər şey yenidir – o, hələ yarışların lideri roluna alışır.

Əlbəttə, trasda mən öz maşınımı idarə etməklə məşğulam, amma mavi bayraqlar göründükdə döyüşləri izləmək maraqlıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*