Əlbon: Bizim maşın F1 üçün qeyri-adidir

Williams komandasının sürücüsü Aleks Əlbon son üç Qran Pridə cəmi bir xal toplayıb, lakin komandanın bəzi yarışlarda daha yaxşı nəticəyə iddia edə biləcəyinə inanır...

F-1.az xatırladır ki, Aleksin komanda yoldaşı Loqan Sarcent isə ilk 3 yarışda xal qazana bilməyib…

Aleks Əlbon: “Bizim maşın təkərlərin deqradasiyası az olan və təkər yüklənməsinin az olduğu traslara daha uyğun gəlir. Asfaltla ilişmə asfaltayatma qüvvəsindən nə qədər çox asılıdırsa, biz bir o qədər sürüşürük.

Bizim maşın təkərin səthini digər maşınlara nisbətən daha çox qızdırır. Biz Bəhreyndə rəqabət apardıq, çünki yarış gecə idi və Ciddədə, eləcə də ilin bu vaxtında soyuq olan Avstraliyada yüksək yarış tempimiz var idi.

Maşın sürüşür, amma təkərlərin soyuduğu uzun düzlük varsa, bizə yarıyır. Bu cür traslarda biz ən yaxşı formada olacağıq.

Bizim maşın F1 üçün qeyri-adi alınıb – biz asfaltayatma qüvvəsini aradan qaldıranda sürətimiz artır. Beləliklə, Monza kimi traslard ayaxşı olacağımızı bilirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*