Əl-Əttiyah: Yeni maşını tanımaq çətindir

Toyota komandasının sürücüsü Əl-Əttiyah bildirib ki, yeni maşını tanımaq çətin olacaq.

F-1.az xatırladır ki, qətərli sürücü sonuncu Dakar rallisinin qalibidir və bu il əsas məqsədi titulunu qorumaqdır.

Əl-Əttiyah: “Dakarın üçüncü günündən sonra vəziyyətə baxmalıyıq. Yeni maşınımızla titulumuzu qorumaq istəyirik. Rallidən əvvəl Afrika və Namibiyada dörd gün test etdim. Burada da testə çıxdım. Keçənilkinə oxşasa da, yeni maşındır.

İlk günlər çətin olacaq. Yol keçənilkinə oxşasa da, çətindir. Dakarın ikinci həftəsi isə hamı üçün yenidir. Bizi maraqlı mübarizə gözləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*