Əl Əttiyah üzr istəyib

Toyota komandasının sürücüsü Nasser Əl Əttiyah bir neçə gün əvvəl FİA-ya ünvanladığı sözlərə görə üzr istəyib.

F-1.az xatırladır ki, FİA Dakar Rallisində yarışan hibrid avtomobillərə əlavə 8 kw – 11 at gücü – qüvvət istifadə etmələrinə icazə vermişdi. Bu kateqoriyaya Nasser Əl Əttiyahın əsas rəqibi olan Audi komandası da daxıildir.

Qətərli sürücü FİA-nın bu qərarından sonra sosial şəbəkədə bir yazı yazmış və FİA-nı tənqid etmişdi. Lakin 52 yaşlı sürücü bu hərəkətinə görə peşman olub və FİA-dan üzr istəyib.

Nasser Əl Əttiyah: “O an əsəbiləşmişdim və FİA-nın gücləri balanslaşdırmaq üçün verdiyi qərara reaksiya vermişdim. Mən titulumu ədalətli formada qorumaq istəyirəm və əvvəlcə bu qərarı ədalətli qəbul etmədim. Ancaq indi vəziyyəti daha yaxşı anlayıram və o yazılarıma görə üzr istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*