Əl-Əttiyah: Mübarizədə Sayns və mən qalmışıq

Toyota komandasının sürücüsü Nasser Əl Əttiyah bildirib ki, çempionluq uğrunda mübarizədə Saynsla tək qalıblar.

F-1.az xatırladır ki, qətərli sürücü Dakar Rallisinin 430 kilometrlik ikinci etapında qalib gəlib və Saynsla ümumi fərqi 2 dəqiqəyə salıb. Buna görə də titul uğrunda iki sürücü hazırda tək qalıblar.

Nasser Əl Əttiyah: “Karlos birinci, mən ikinciyəm. Belə görünür ki, mübarizə Karlosla mənim aramda olacaq, lakin önümüzdə uzun yol var.

Birinci etapda kiçik səhvlər edərək, altı dəqiqə itirdik. İkinci etapda isə itirdiyimizi kompensə etməyə çalışdıq. Çox sevincliyik. Bir təkər partlatdıq və asan deyildi. Buna baxmayaraq, sevincliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*