Ekklstoun Sunday Times-ın reytinqində yüksəlib

Londonun The Sunday Times qəzeti 1989-cu ildən Böyük Britaniyanın 1000 ən zəngin adamının siyahısını dərc edir və uzun illərdir ki, bu siyahıda Formula1-in keçmiş rəhbəri Berni Ekklstounun da adı var.

F-1.az xəbər verir ki, hər yaz siyahı yenilənir və bu həftə sonu buraxılan ən son versiyasında 92 yaşlı Ekklstoun əvvəlki ildən bir pillə irəliləyib. Sunday Time Rich List-in tərtibçilərinə görə, o, 73-cü yerdədir və sərvəti 2 milyard 498 milyon funt sterlinq olaraq qiymətləndirilir.

Təbii ki, bu siyahıda Formula1 ilə əlaqəsi olan yeganə şəxs o deyil: 2-ci yeri Mercedes komandasının səhmlərinin üçdə birinə sahib olan INEOS Korporasiyasının sahibi ser Cim Ratkliff tutur. Britaniya biznes ictimaiyyətinin bu üzvü çox yaxşı işləyir – bir il ərzində o, 27-ci yerdən ikinci yerə yüksəlib, çünki onun sərvəti nəzərəçarpacaq dərəcədə artıb və demək olar ki, 30 milyard funt-sterlinq səviyyəsinə çatıb.

Kanadalı milyarder Lourens Stroll İngiltərədə bir çox aktivlərə, o cümlədən Aston Martin yarış komandasının səhmlərinə sahib olsa da, Böyük Britaniyanın vergi rezidenti olmadığı üçün The Sunday Times siyahısına daxil edilməyib. Amma o, bu reytinqə düşsəydi, 3,6 milyard dolları ilə orada da çox yaxşı yer tutardı.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*