F-1.az xəbər verir ki, Berni filmdə öz hekayəsini – 1950-ci ildən 2017-ci ildə Liberty Media-dan olan Çeyz Kerinin onu 35 ildən çox müddətdə tutduğu F1-in rəhbəri vəzifəsindən uzaqlaşdırdığı o taleyüklü günə qədərki müddətdə baş verənləri danışır.
Serialda bir çox arxiv görüntülərə yer verilib. Lakin olmayan bəzi görüntülər də var ki, Berni gizli qapılar arxasında baş verənləri danışarkən həmin səhnələr animasiyalarla əks etdirilib.