Ekklstoun daha yaxşı təkərlər üçün Pirelli ilə danışıqlar aparacaq

Ekklstoun sürücülərin daha yaxşı təkər tələblərinə cavab verib, eyni zamanda komandalardan xahiş edib ki, komandalar Pirelli-yə kömək etsin...

F-1.az xatırladır ki, Pirelli Formula1-ə 2011-ci ildə qayıdıb. İtaliyalı təkər istehsalçısı idmana tez yeyilən, beləliklə də yarışa strategiya cəhətdən həyəcan gətirən təkərlər gətirib.

Amma Ekklstoun fikirləşir ki, sürücülər daha gec yeyilən təkərlər istəyir. Formula1-in başçısı bildirib ki, o gələn həftə Milanda Pirelli ilə bu barədə danışıqlar aparacaq.

Ekklstoun əlavə edib ki, komandalar Pirelli-nin inkişaf etməsinə kömək etməlidirlər: “Pirelli Formula1 komandaları üçün təkərlər istehsal edir. Ona görə də sürücülər mükəmməl təkərlər üçün Pirelli-yə kömək etməlidirlər”.

Ekklstoun son illərdə keçirilən təkər testləri haqqında da fikir bildirib: “Bizə limitləri aşan və sonra bizə məlumat verə bilən sürücülər lazımdır. Pirelli də mənimlə razıdır. Onlar da bunu istəyir. Ən yaxşı komandalar ən yaxşı sürücüləri ilə testlərdə iştirak etməlidirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*