Ə.İrvayn FOTA-nın versiyasına görə dünya çempionudur

Formula1 komandaları assosiasiyası (FOTA) bu günlərdə yeni xal hesablanması sistemini təklif edib. Hazırda tətbiq olunan 10-8-6-5-4-3-2-1 sxeminin əvəzinə FOTA ilk […]

Formula1 komandaları assosiasiyası (FOTA) bu günlərdə yeni xal hesablanması sistemini təklif edib. Hazırda tətbiq olunan 10-8-6-5-4-3-2-1 sxeminin əvəzinə FOTA ilk üç yeri tutan sürücülər üçün 12-9-7 sxemini tətbiq etməyi təklif edib. İctimai rəyin öyrənilməsi göstərib ki, azarkeşlər titulun ən çox qələbə qazanmış sürücüyə qismət olmasını istəyirlər və belə bir sxem bir çox çempionatların son nəticələrinə təsir edərdi. Beləki, bu sxemlə Felipe Massa keçən il titul qazanmalı idi, Əddi İrvayn 199-cu ildə çempion olmalı idi, Dəymon Hill isə ikiqat dünya çempionu sayılardı…

FİA-nın Ümumdünya Şurası bu təklifə münasibətini martın 17-də bildirəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*