Ə.İrvayn Britaniyanın ən varlı sürücüsüdür

Londonda nəşr olunan The Sunday Times qəzeti Böyük Britaniyanın ən varlı idmançılarının yeni siyahısını dərc edib: siyahıya futbolçu Dəvid Bəkhəm […]

Londonda nəşr olunan The Sunday Times qəzeti Böyük Britaniyanın ən varlı idmançılarının yeni siyahısını dərc edib: siyahıya futbolçu Dəvid Bəkhəm başçılıq edir, onun varidatı 160 milyon funt sterlinq dəyərindədir.

Avtoidmanın ən varlı nümayəndəsi isə Əddi İrvayndır, keçmiş Formula1 sürücüsü daşınmaz əmlak ticarətindən əldə etdiyi 80 milyon funtla 7-ci yerdə qərarlaşıb.

8-ci yeri isə 1979-cu ilin dünya çempionu Codi Şekter tutur – Codi idman karyerasını başa vurduqdan sonra FATS İnc. şirkətini təsis edərək hərbi təşkilatlar, güc strukturları və xüsusi xidmət orqanları üçün xüsusi atıcılıq simulyatorları istehsal edirdi. Amma 10 il əvvəl bu biznesini uğurla sataraq ekoloji təmiz fermerliyə başlayıb.

Maraqlıdır ki, indiki sürücülər veteranlara uduzurlar. 10-cu Lyuis Həmilton tutur – onun 55 milyon funtu var. 11-ci yerdə isə onun komanda yoldaşı Censon Batton qərarlaşıb, amma Batton burda tək deyil, McLaren-in keçmiş sürücüsü Dəvid Kulthard, 1992-ci ilin dünya çempionu Naycel Mənsell və Benetton, BAR komandalarının keçmiş başçısı Dəvid Riçards da eyni sərvətə malikdirlər – 50 milyon funt.

Şotlandiyalı Dario Frankitti okeanın o biri tərəfində İndyCar çempionatında uğurlu çıxışla 15-ci yerə yüksəlib, üçqat dünya çempionu Ceki Stüart 17-ci yerdədir.

1996-cı ildə Wiliams titul qazanmış Dəymon Hill 19 milyon funtla 55-ci yeri tutur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*