F-1.az xatırladır ki, avstriyalı əfsanəvi sürücüyə keçən ilin iyul ayında yeni ağciyər köçürülmüşdü. Lauda o gündən sonra padoklara qayıda bilməmişdi və 2019-cu ilin əvvəlində qrip olduğu üçün xəstəxanaya aparılmışdı. Laudanın son günlərdə böyrəklərli ilə bağlı problemlər yaşadığı deyilirdi.
Lauda ailəsi Nikinin ölümü barədə bu sözləri deyib: “Niki hamı üçün nümunəvi adam idi. Evində isə ailəsini sevən həyat yoldaşı, ata və baba idi. Onunçün darıxacağıq”.
Qeyd edək ki, Lauda 1975, 1977 və 1984-cü ildə Dünya Çempionu olmuşdu. Karyerasını bitirdikdən sonra Ferrari, Jaguar və Mercedes komandalarında işləmişdi.