Ə.Fittipaldi Kanadada dördüncü stüarddır

FİA elan edib ki, Kanada Qran Prisinin gedişində stüardlara ikiqat dünya çempionu Əmerson Fittipaldi kömək edəcək. Braziliyalı sürücü Formula1-də 1970-1980-ci […]

FİA elan edib ki, Kanada Qran Prisinin gedişində stüardlara ikiqat dünya çempionu Əmerson Fittipaldi kömək edəcək.

Braziliyalı sürücü Formula1-də 1970-1980-ci illərdə çıxış edib – 1972-ci ildə Lotus-un, 1974-cü ildə isə McLaren-in heyətində titul qazanıb. Formula1-i tərk etdikdən sonra Fittipaldi 1989-cu ildə Amerikanın İndycar seriyasında titul qazanıb, 1989-cu və 1993-cü illərdə isə məşhur İndy500 yarışında birinci olub.

Yeri gəlmişkən, Əmerson 1974-cü ildə Kanada Qran Prisində qələbə qazanıb, amma həmin illərdə milli Qran Pri Mosport trasında keçirilirdi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*