Formula1 komandasının keçmiş başçısı Eddi Cordan Avstriyanın Servus TV telekanalına müsahibəsində Barselonada Mercedes AMG komandasının və Pirelli-nin birgə testlərini şərh edib. Cordanın fikrincə, Mercedes AMG komandası cərimədən yaxa qurtara bilməyəcək…
Eddi Cordan: “Red Bull komandası Mercedes AMG-nin bu hərəkətindən şikayət etmişdi, məncə bu, düzgün addım idi. Bütün faktları diqqətlə öyrənmək lazımdır. Red Bull əmin olmaq istəyir ki, bu testlərdə Mercedes AMG qazburaxma sistemi, əyləc sistemi, asılqanlar kimi müxtəlif elementləri test etməyib. Mən istisna etmirəm ki, məhz bu testlər komandaya Monakoda qələbə qazanmağa kömək edib.
Bəs nə üçün testlərdə məhz Mercedes AMG iştirak edib? Digər komandalar testlərə dəvət oluunblar? Mercedes AMG təkid edir ki, bu testləri Pirelli şirkəti təşkil eləmişdi, amma bu zaman Pirelli niyə öz planları barədə heç kimi xəbərdar etməmişdi? Bütün bunlar müəmmalı görünür.
Mən düşünürəm ki, cərimə tədbirləri qaçılmazdırlar, çünki reqlamentdə belə testlərin keçirilməsi qadağandır. Mən bilmirəm ki, cərimə necə olacaq, bəlkə, Mercedes AMG xallarından mərhum olunacaq və ya Ross Braun işini itirəcək. indi proqnoz vermək istəmirəm, amma əgər istənilən cərimə tətbiq olunarsa, testləri keçirmək qərarını qəbul edən şəxs işdən qovulmalıdır.”