Renault komandasının başçısı Erik Buye Robert Kubitsanın işindən razıdır – mövsümün ilk üç yarışında sürücü maksimum çalışıb və komandanın aktivinə otuz xal qazanıb…
Erik Buye: “Robert inanılmaz dərəcədə motivasiyalıdır, o məqsədinə köklənib, o Renault-nun böyük aktividir, onun töhfəsini dəyərləndirmək çətindir. Robert həm özünə qarşı, həm də komandaya qarşı çox tələbkardır – bu keyfiyyət trasda yaxşı işlə təsdiq olunanda xüsusilə vacib olur. Robert mövsümün ilk üç yarışında heç bir səhvə yol verməyib, yarışları çox yüksək tempdə keçirib və komanda tərəfindən layiqli hörmət qazanıb, komanda isə böyük uğur üçün əlindən gələni edəcək.
Komanda Robertlə məhsuldar əməkdaşlığa ümid edir, Robert də bizimlə işləmək istəyir – belə bir ittifaq uğurlu olmalıdır. Komanda maşını təkmilləşdirir, sürücü isə trasda uğur qazanır – bu qarşılıqlı prosesdir, bununla biz güclənirik.”