E.Bulye: “Motorlar üzrə məsələnin asan həlli ola bilməz”

Lotus Renault GP komandasının başçısı Erik Bulye hesab edir ki, motorlar üzrə reqlamentin gələcəyi barədə qərar qəbul edərkən, Formula1 komandaları […]

Lotus Renault GP komandasının başçısı Erik Bulye hesab edir ki, motorlar üzrə reqlamentin gələcəyi barədə qərar qəbul edərkən, Formula1 komandaları öz maraqlarını deyil, idmanın maraqlarını yüksəkdə tutmalıdırlar.

Hələlik avtoidman dünyasında bu məsələdə yekdillik yoxdur: dördsilindirli 1.6 litrlik turbo motorlara keçid barədə danışıqlar gedir, bu isə məsrəflərin artmasıdır, Berni Ekksltoun isə, ümumiyyətlə, belə keçidin Formula1-ə xeyir gətirməsinə şübhə edir. Şayiələr gəzir ki, yeni motorlara keçid bir neçə il təxirə salına bilər.

Yeni reqlament təsdiq olunsa da, komandaların rəyləri bir-birindən fərqlənir və bu yaxınlarda FOTA-nın vitse prezidenti seçilmiş Bulye hesab edir ki, istənilən qərar ciddi təhlil tləb edir…

Erik Bulye: “Düzünü desəm, bu çətin müzakirədir və asan həll ola bilməz. Renault şirkəti avtoistehsalçı kimi yeni qaydalara tabe olmağa hazırdır, amma biz başa düşürük ki, razı olmayan komandalar da var.

Hamının öz arqumenti var və indi hər bir arqument qiymətlidir, ona görə də bizi ciddi müzakirələr gözləyir ki, avtoistehsalçıların əhvalını başa düşək və sonda düzgün həll tapaq.

Əsas odur ki, biz Formula1-in maraqlarını maksimum nəzərə almalıyıq – məhz buna görə də mən FOTA-nın işində daha fəal olmaq istədim. Bu əsasdır: hər şey Formula1-in maraqlarına xidmət etməlidir, şəxsi maraqlara deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*