Lotus komandasında gözlənilməz kadr dəyişikliyi baş verib, bu dəyişiklik maraqlı nəticələrə gətirə bilər: komandaya başçılığı komandanın həmsahibi və Genii fondunun həmtəsisçisi Jerar Lopes öz üzərinə götürüb.
Beləliklə, Erik Bulye 2009-cu ilin sonundan tutduğu vəzifədən azad olunub. İdman ictimaiyyəti dərhal yeni şayiələrə start verib: fransalı mütəxəssis McLaren komandasında Martin Uitmarşı əvəz edəcək…