Biz artıq xəbər vermişdik ki, Kimi Rəykkönen mədə problemləri üzündən bugünkü testləri buraxmalı olub. Nahara qədər sükan arxasında Lotus komandasının ehtiyat sürücüsü Davide Valsekki işləyib, dünən test proqramını başa vurub Parisə yollanmış Roman Qrojan isə artıq Barselonadadır və bir azdan E21-i trasa çıxaracaq.
Turun Sanomat qəzetinin jurnalisti Heykki Kulta bildirib ki, dünən şam yeməyində Kimi balıq, xərçəng və krevet yeyib. Səhər 7:30-da halı yaxşı olub, oteldən trasa da gəlib, amma sonra halı pisləşib.
Paddokda artıq şayiələr gəzir ki, Kimi sabahkı testlər də buraxa bilər, komandanın başçısı Erik Bulye şayiələri şərh etməli olub…
Erik Bulye: “Qərarı axşam qəbul edəcəyik, indi bu barədə danışmaq hələ tezdir. Mən onunla danışmamışam, hələ görməmişəm və zəngləşməmişəm – Kimi indi oteldədir və yəqin ki, yatır.”
Kimi fizioterapevti Mark Arenll səhər sürücü ilə birlikdə trasa gəlib və hələ də trasdadır, bir azdan Kiminin olduğu otelə gedəcək..