Bu il artıq bir neçə dəfə şayiələr peyda olub ki, mövsümün sonunda Nik Haydfeldi Roman Qrojan əvəz edəcək. Monrealda Lotus Renault GP komandasının başçısı Erik Bulye jurnalistlərə bildirib ki, qərar qəbul etməyə tələsməyəcək…
Erik Bulye: “Roman indi çıxış etdiyi yerdə qalacaq (yəni GP2-də). Onun bu mövsümdə müəyyən vəzifələri var, hələlik bu vəzifələrin öhdəsindən yaxşı gəlir. Biz keçən illərin səhvini təkrarlamayacayıq, onun Formula1-ə keçməsinə tələsməyəcəyik.”