F-1.az xatırladır ki, cümə günü keçirilən ilk və dünənki son məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Valtteri Bottas hamıdan sürətli olub. Titul uğrunda mübarizədən isə gözlənilənlərin əksinə, Mercedes sürücülərindən biri yox, onları qabaqlayan Ferstappen qalib ayrılıb.
Yarışa ilk cərgədən Ferstappen və Bottas, ikinci cərgədən Həmilton və Norris, üçüncü cərgədən isə Elbon və Sayns başlayıblar.
Pirelli buraya ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Soft təkərlər səmərəliliyini tez itirib. Norris, Elbon, Kvyat, Stroll və Qasli yumşaq, Rikkardo, Fettel, Perez və Maqnussen sərt, yerdə qalan sürücülər isə orta təkərlərlə yarışa başlayıblar.
Start sakit baş tutub, Maks mövqeyini qoruyub. Qasli Okonu qabaqlayıb, Maqnussen 3 pillə yüksəlib. Maks Bottasdan uzaqlaşıb, Həmilton da komanda yoldaşından geri qalmağa başlayıb. Perez tez yüksələ bilməyib və 5 dövrəyə cəmi 3 nəfəri keçə bilib.
Elbon 7-ci dövrədə Norrisi keçib və dördüncü olub. Bir dövrə sonra isə Kvyat Stroll tərəfindən keçilib. Perez Rəykköneni də üstələyib. Lakin Serxionun yarışı çox davam etməyib – onuncu dövrədə güc qurğusu sıradan çıxdığı üçün maşını saxlamalı olub. Əvvəlcə Virtual TM rejimi elan olunub, bir qədər sonra isə real TM trasa çıxıb.
Rikkardo, Fettel, Lekler və Covinatsi istisna olmaqla, hamı təkərlərini dəyişib. 11-ci dövrədən sonra ilk onluq: Ferstappen – Bottas – Həmilton – Elbon – Rikkardo – Norris – Fettel – Lekler – Sayns – Stroll
Restart 14-cü dövrədə elan edilib. Ferstappen yenə liderliyini qoruyub, Sayns isə Lekleri geridə qoyub. Stroll 16-cı dövrədə Lekleri keçsə də, monakolu sürücü yerini qaytarıb. Lakin Ləns 19-cu dövrədə yenidən onu üstələyib və bu dəfə əks hücuma imkan verməyib.
22-ci dövrədə Okon Lekleri ötüb, Şarl pit-stopa yollanıb. Növbəti 10 tur ərzində Qasli Strollu və Fetteli keçib. Maqnussen 33-cü, Fittipaldi, Fettel və Latifi isə 36-cı dövrədə pit-stop ediblər. Təkərlərini ən gec dəyişən isə Rikkardo olub. Son dövrələrdə Okon Strollu üstələyərək doqquzuncu olub. Rikkardo isə sonda sürətli dövrəni vuraraq Ferstappenin “Böyük Dəbilqə”-sinə mane olub.
Sakit keçən yarışda Maks Ferstappen mövsümdə ikinci, karyerasında isə 10-cu qələbəsini qazanıb. Valtteri Bottas ikinci olub və pilotlar çempionatında Maksın onu üstələməsinə imkan verməyib. Podiumu tamamlayan isə Lyuis Həmilton olub.
Beləliklə, Formula1-in 2020-ci il mövsümü başa çatıb. Növbətə gənc sürücülər testi, sonra Milad bayramı fasiləsi, daha sonra yeni maşınların elanları və təqdimatları, ardınca isə qış testləri bizi gözləyir. Növbəti mövsümün ilk yarışıına – Avstraliya Qran Prisinə isə 97 gün var. Ümid edirik ki, növbəti mövsüm builki kimi pis sürprizlərlə qarşılaşmarıq və hər bir yarış əvvəlcədən planlaşdırıldığı kimi baş tutar…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:36:28.645 | 1 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:15.976 | 1 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:18.415 | 1 |
4 | 23 | Aleksander Elbon | Red Bull | + 0:19.987 | 1 |
5 | 4 | Lando Norris | McLaren | + 1:00.729 | 1 |
6 | 55 | Karlos Sayns7 | McLaren | + 1:05.662 | 1 |
7 | 3 | Daniel Rikkardo | Renault | + 1:13.748 | 1 |
8 | 10 | Pyer Qasli | AlphaTauri | + 1:29.718 | 1 |
9 | 31 | Esteban Okon | Renault | + 1:41.069 | 1 |
10 | 18 | Ləns Stroll | Racing Point | + 1:42.738 | 1 |
11 | 26 | Daniil Kvyat | AlphaTauri | +1 dövrə | 1 |
12 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | +1 dövrə | 1 |
13 | 16 | Şarl Lekler | Ferrari | +1 dövrə | 1 |
14 | 5 | Sebastyan Fettel | Ferrari | +1 dövrə | 1 |
15 | 63 | Corc Rassell | Williams | +1 dövrə | 1 |
16 | 99 | Antonio Covinatsi | Alfa Romeo | +1 dövrə | 1 |
17 | 6 | Nikolas Latifi | Williams | +1 dövrə | 2 |
18 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 2 |
19 | 51 | Pyetro Fittipaldi | Haas | +2 dövrə | 3 |
Sürətli dövrə: Daniel Rikkardo (Renault) – 1:40.926 (55-ci dövrə, 198.109 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Serxio Peres | Racing Point | 10 | güc qurğusu |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas | 347 | |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas | 223 | |
3 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 214 | |
4 | 11 | Serxio Peres | BWT Racing Point F1 Team | 125 | |
5 | 3 | Daniel Rikkardo | Renault DP World F1 Team | 119 | |
6 | 55 | Karlos Sayns | McLaren F1 Team | 105 | |
7 | 23 | Aleksander Elbon | Aston Martin Red Bull Racing | 105 | |
8 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 98 | |
9 | 4 | Lando Norris | McLaren F1 Team | 97 | |
10 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri Honda | 75 | |
11 | 18 | Ləns Stroll | BWT Racing Point F1 Team | 75 | |
12 | 31 | Esteban Okon | Renault DP World F1 Team | 62 | |
13 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 33 | |
14 | 26 | Daniil Kvyat | Scuderia AlphaTauri Honda | 32 | |
15 | 27 | Niko Hülkenberq | BWT Racing Point F1 Team | 10 | |
16 | 7 | Kimi Rəykkönen | Alfa Romeo Racing | 4 | |
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo Racing | 4 | |
18 | 63 | Corc Rassell | Williams Racing / Mercedes AMG | 3 | |
19 | 8 | Roman Qrojan | Haas F1 Team | 2 | |
20 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 573 |
2 | Aston Martin Red Bull Racing | Honda | 319 |
3 | McLaren F1 Team | Renault | 202 |
4 | BWT Racing Point F1 Team | Mercedes | 195 |
5 | Renault DP World F1 Team | Renault | 181 |
6 | Scuderia Ferrari | Ferrari | 131 |
7 | Scuderia AlphaTauri Honda | Honda | 107 |
8 | Alfa Romeo Racing | Ferrari | 8 |
9 | Haas F1 Team | Ferrari | 3 |