F-1.az xatırladır ki, Yas Marina trası təqvimə 2009-cu ildə daxil olub və 2014-cü ildən bəri hər mövsüm son yarışı qəbul edir. Bu trasda 2010, 2014, 2016-cı illərdə çempion məlum olmuşdu.
Stafano Domenikali: “Yeni müqaviləyə əsasən 2030-cu ilə qədər Əbu Dabidə yarışacağıq. Formula1-in tarixini yazmağa davam edəcəyik. Yarış təşkilatçısı ADMM mövsümün son yarışı üçün bizə gözəl şou təqdim edir. Növbəti illər üçün həyəcanlıyıq”.
Əbu Dabinin Avtoidman rəhbəri Saif Al Naimi isə bunları əlavə edib: “Əbu Dabi Qran Prisi və Yas Marina trası bizə çoxlu azarkeş və televiziya izləyicisi qazandırır. Formula1 Group ilə çoxillik müqavilə yalnız gücümüzü göstərmir, həm də azarkeşlər həzz verir və onlara birinci sinif yarış təcrübəsi təqdim edirik”.