F-1.az bildirir ki, Force İndia komandası çərşənbə günü iki sürücü ilə işləyib – Esteban Okon səhər saatlarından sükan arxasına keçib, nahardan sonra isə onu Serxio Peres əvəzləyib. Hər iki sürücü ən yaxşı nəticəsini SuperSoft təkərlərlə göstərib. Williams da gün ərzində iki sürücünün köməyindən istifadə edib – Robert Kubitsa maşını günün sonuna saat yarım qalmış Sergey Sirotkindən təhvil alıb. Formula1-də yenidən yarışması maraqla gözlənilən polşalı sürücü rus həmkarından 0.4 saniyə daha sürətli olub və ən yaxşı yeddinci nəticəni göstərib.
McLaren nəinki iki sürücü ilə, hətta iki maşınla işləyib. Stoffel Vandorn 105, Lando Norris isə 118 dövrə vurub. Bu, britaniyalı komandanın Honda motorları ilə son çıxışı olub. Onlar növbəti dəfə trasa çıxdıqlarında güc qurğusu Renault-ya aid olacaq.
Ən böyük məsafəni gələn il Sauber-də yarışmağa əsas namizədlərdən olan Şarl Lekler qət edib – 149 dövrə. Fettel günün ən sürətli dövrəsini vurub – 1:37.551.
Artıq 2017-ci il mövsümünü tam yekunlaşmış hesab etmək olar. Komandalar növbəti dəfə trasda gələn il fevralın 26-da – Barselonada baş tutacaq testlərdə olacaqlar…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:37.551 | – | 117 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:38.490 | + 0:00.939 | 141 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:38.736 | + 0:01.185 | 131 |
4 | 11 | Serxio Peres | Force İndia | 1:38.818 | + 0:01.267 | 52 |
5 | 31 | Esteban Okon | Force İndia | 1:39.148 | + 0:01.597 | 72 |
6 | 55 | Karlos Sayns | Renault | 1:39.444 | + 0:01.893 | 109 |
7 | 40 | Robert Kubitsa | Williams | 1:39.485 | + 0:01.934 | 28 |
8 | 2 | Stoffel Vandorn | McLaren | 1:39.782 | + 0:02.231 | 105 |
9 | 20 | Kevin Maqnussen | Haas | 1:39.810 | + 0:02.259 | 124 |
10 | 41 | Sergey Sirotkin | Williams | 1:39.947 | + 0:02.396 | 86 |
11 | 37 | Şarl Lekler | Sauber | 1:40.666 | + 0:03.115 | 149 |
12 | 47 | Lando Norris | McLaren | 1:41.714 | + 0:04.163 | 118 |
13 | 28 | Brendon Hartli | Toro Rosso | 1:43.345 | + 0:05.794 | 61 |
14 | 10 | Pyer Qasli | Toro Rosso | 1:44.827 | + 0:07.276 | 63 |