Əbu Dabi, 28.11.2017

Çərşənbə axşamı Yas Marinada Pirelli-nin gələn il üçün olan təkərlərinin ikigünlük testləri start götürüb. Testlərdə bütün komandalar iştirak ediblər, McLaren isə Braziliyada ləğv olunan testləri kompensasiya etmək üçün iki maşınla trasa çıxıb.

F-1.az xəbər verir ki, Daniel Rikkardonu 0.3 saniyə üstələyən Kimi Rəykkönen ən sürətli dövrənin sahibi olub – 1:37.768. Finlandiyalı sürücü 99 dövrə vursa da, bu göstəriciyə görə yeddi sürücüdən geri qalıb. Ən çox məsafə qət edən sürücülər Roman Qrojan və Lyuis Həmilton olublar – müvafiq olaraq 137 və 136 dövrə.

Nahara qədər Williams-la işləyən və daha sonra yerini Ləns Strolla verən Robert Kubitsa 100 dövrə vurub və ən sürətli doqquzuncu nəticəni göstərə bilib. Testlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 7 Kimi Rəykkönen Ferrari 1:37.768 99
2 3 Daniel Rikkardo Red Bull 1:38.066 + 0:00.298 109
3 44 Lyuis Həmilton Mercedes AMG 1:38.551 + 0:00.783 136
4 8 Roman Qrojan Haas 1:39.270 + 0:01.502 137
5 18 Ləns Stroll Williams 1:39.580 + 0:01.812 29
6 14 Fernando Alonso McLaren 1:39.762 + 0:01.994 115
7 27 Niko Hülkenberq Renault 1:39.803 + 0:02.035 85
8 35 Nikita Mazepin Force İndia 1:39.959 + 0:02.191 90
9 40 Robert Kubitsa Williams 1:41.296 + 0:03.528 100
11 38 Şon Gelael Toro Rosso 1:41.428 + 0:03.660 117
12 9 Markus Eriksson Sauber 1:41.681 + 0:03.913 97
13 47 Oliver Törvi McLaren 1:41.914 + 0:04.146 105
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*