Əbu Dabi-2023: Ferstappen mövsümü 19-cu qələbəsi ilə başa vurdu

Yarışqabağı mərasim Əbu Dabidə gün işığında ənənəvi mövsümsonu fotoşəkillə başlayıb. Paddokda bayram ab-havası hökm sürüb, hamı uzun və gərgin mövsümün başa çatmasına sevinib.

F-1.az xəbər verir ki, bütün sürücülər çempionatda qalır, yalnız Loqan Sarcentin müqaviləsi ilə bağlı suallar var, lakin Toro Rosso/AlphaTauri-nin rəhbəri, komandaya 18 il rəhbərlik edən Frants Tost Formula1-i tərk edir. Titul sponsoru Alfa Romeo və 27 il komanda ilə 527 Qran Pridə çalışmış fizioterapevt Cozef Leberer Sauber ilə yollarını ayırırlar. Formula1 tarixində daha bir səhifə başa çatıb.

Cümə günü Lekler, şənbə günü səhər Rassell liderlik ediblər, Ferstappen isə sıralanma turunda qalib gəlib.

Təkər istehsalçıları həftəsonuna ən yumşaq təkər tərkiblərini – Hard, Medium və Soft rollarında C3, C4 və C5 gətiriblər. Stroll, Sayns və Bottas Hard-la, qalanları isə Medium-la yarışa başlayıblar.

Startda Ferstappen liderliyini qoruyub. Norris bir mövqe qazanıb, Həmilton üç yer irəli çıxıb, lakin Peresi trasdan kənarda keçib. 2-ci dövrənin sonunda ilk onluq: Ferstappen – Lekler – Piastri – Norris – Rassell – Tsunoda – Alonso – Qasli – Həmilton – Peres.

3-cü dövrədə Peres 9-cu yer uğrunda mübarizədə Həmiltonu qabaqlayıb – daha doğrusu Lyuis mövqeyini geri qaytarıb. 6-cı dövrədə Maqnussen, 8-ci dövrədə Rikkardo təkərlərini dəyişiblər. 11-ci dövrədə Rassell dördüncü yer uğrunda mübarizədə Piastrini keçib. Peres Qaslini qabaqlayaraq səkkizinci yerə yüksəlib.

12-ci dövrədə Alonso, 14-cü dövrədə Piastri, Hülkenberq və Çjou, 15-ci dövrədə Norris və Rassell təkərlərini dəyişiblər. Landonun maşınına qulluq edərkən kiçik ləngimə olub. 16-cı dövrədə Həmilton, Okon və Sarcent də mexaniklərin qonağı olublar.

Pit-stopdan sonra Həmilton və Qaslinin maşınları təmas yaşasa da, stüardlar onlara sanksiya verməkdən imtina ediblər. 17-ci dövrədə Ferstappen və Əlbon, 18-də Lekler, Sayns, Peres və Qasli pit-stop ediblər.

Frants Tostun son Qran Prisində yarışa Yuki Tsunoda liderliyə yüksəlib!

23-cü dövrədə Norris Saynsı, Həmilton Bottası qabaqlayıb, Tsunoda boksa yollanıb, Sayns isə təkərləri dəyişdirərək yenidən trasa dönüb. 25-ci dövrədə Peres Alonsonu, Həmilton isə Rikkardonu qabaqlayıb. 25-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Rassell – Norris – Piastri – Peres – Alonso – Rikkardo – Tsunoda – Həmilton.

Həmilton Rikkardo və Tsunodanı qabaqlayaraq səkkizinci yerə yüksəlib. Yarışın yarısında günəş Əbu Dabidə tam batıb. Yarışın yayımı daha da təsiredici olub.

32-ci dövrədə Rikkardo, 33-də Qasli, 34-də Norris və Hülkenberq, 35-də Rassell, 36-da Lekler və Həmilton, 37-də Piastri və Alonso yenidən təkərlərini dəyişiblər.

Piastri və Həmilton Alonsonu qabaqlayıblar, Fernando mühəndisə avtomobilin düz yolda sürətini itirməsindən şikayətlənib, lakin Lyuisi qabaqlayıb. 40-cı dövrədə ilk onluq: Ferstappen – Peres – Lekler – Rassell – Tsunoda – Norris – Stroll – Piastri – Sayns – Okon.

43-cü dövrədə Norris beşinci yer uğrunda mübarizədə Tsunodanı keçib. Peres və Stroll boksa yollanıblar, bir dövrə sonra Ferstappen və Əlbon da eyni addımı atıblar. 48-ci dövrədə Peres altıncı döbgədə Norrisə hücum edib – maşınlar təmas yaşayıblar və Serxio stüardlardan beşsaniyəlik penalti alıb. Hamilton 9-cu yer uğrunda mübarizədə Saynsın önünə keçib. 50-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Rassell – Peres – Norris – Piastri – Tsunoda – Alonso – Həmilton – Sayns.

51-ci dövrədə Okon 11-ci yer uğrunda Strollu qabaqlayıb. 57-ci dövrədə Sayns pitə yönəlib və mübarizəni dayandırıb. Son dövrədə Lekler Peresin ikinci yerə yüksəlməsinə icazə verib ki, meksikalının nəticəsinə beşsaniyəlik penalti əlavə etdikdən sonra Serxio yenə də Rassellin önündə qalsın və Mercedes-dən xal alsın, lakin bu hiylə işə yaramayıb.

Maks Ferstappen karyerasında 54-cü, mövsümdə isə 19-cu qələbəsini qazanaraq Əbu Dabidə ardıcıl 4-cü zəfərinə sevinib – bundan əvvəl bir il ərzində heç kim bu qədər yarış qazanmayıb. Podiumun ikinci pilləsini Şarl Lekler, üçüncü pilləsini Corc Rassell tutublar.

2023-cü il mövsümü başa çatıb. Çərşənbə axşamı Əbu Dabidə gənc sürücülərin və gələn mövsümün təkər testləri keçiriləcək.

Tezliklə Yeni il bayramları, yeni avtomobillərin təqdimatları, mövsümöncəsi testlər gəlir! 2024-cü il Bəhreyn Qran Prisinə cəmi 97 gün qalır. Zaman tez keçəcək!

Əbu Dabi Qran Prisi

Yer N Sürücü Komanda Zaman Pit
1 1 Maks Ferstappen Red Bull 1:27:02.624 2
2 16 Şarl Lekler Ferrari + 0:17.993 2
3 63 Corc Rassell Mercedes + 0:20.328 2
4 11 Serxio Peres * Red Bull + 0:21.453 2
5 4 Lando Norris McLaren + 0:24.284 2
6 81 Oskar Piastri McLaren + 0:31.487 2
7 14 Fernando Alonso Aston Martin + 0:39.512 2
8 22 Yuki Tsunoda AlphaTauri + 0:43.088 1
9 44 Lyuis Həmilton Mercedes + 0:44.424 2
10 18 Ləns Stroll Aston Martin + 0:55.632 2
11 3 Daniel Rikkardo AlphaTauri + 0:56.229 2
12 31 Esteban Okon Alpine + 1:06.373 1
13 10 Pyer Qasli Alpine + 1:10.360 2
14 23 Aleksandr Əlbon Williams + 1:13.184 2
15 27 Niko Hülkenberq Haas + 1:23.696 2
16 2 Loqan Sarcent Williams + 1:27.791 2
17 24 Quanyu Çjou Alfa Romeo + 1:29.422 2
18 55 Karlos Sayns Ferrari + 1 dövrə 2
19 77 Valtteri Bottas Alfa Romeo + 1 dövrə 1
20 20 Kevin Maqnussen Haas + 1 dövrə 2

* Serxio Peresin yekun nəticəsinə Lando Norrislə insidentə görə 5 saniyə əlavə olunub

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:26.993 (45-ci dövrə, 218.541 km/saat)

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Oracle Red Bull Racing 575
2 11 Serxio Peres Oracle Red Bull Racing 285
3 44 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 234
4 14 Fernando Alonso Aston Martin Aramco Cognizant F1 Team 206
5 16 Şarl Lekler Scuderia Ferrari 206
6 4 Lando Norris McLaren F1 Team 205
7 55 Karlos Sayns Scuderia Ferrari 200
8 63 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 175
9 81 Oskar Piastri McLaren F1 Team 97
10 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 74
11 10 Pyer Qasli BWT Alpine F1 Team 62
12 31 Esteban Okon BWT Alpine F1 Team 58
13 23 Aleksandr Əlbon Williams Racing 27
14 22 Yuki Tsunoda Scuderia AlphaTauri 17
15 77 Valtteri Bottas Alfa Romeo F1 Team Stake 10
16 27 Niko Hülkenberq MoneyGram Haas F1 Team 9
17 3 Daniel Rikkardo Scuderia AlphaTauri 6
18 24 Qunayu Çjou Alfa Romeo F1 Team Stake 6
19 20 Kevin Maqnussen MoneyGram Haas F1 Team 3
20 40 Liam Louson Scuderia AlphaTauri 2
21 2 Loqan Sarcent Williams Racing 1

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 860
2 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 409
3 Scuderia Ferrari Ferrari 406
4 McLaren F1 Team Mercedes 302
5 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 280
6 BWT Alpine F1 Team Renault 120
7 Williams Racing Mercedes 28
8 Scuderia AlphaTauri Honda RBPT 25
9 Alfa Romeo F1 Team Stake Ferrari 16
10 MoneyGram Haas F1 Team Ferrari 12
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*