Şarl Lekler və Serxio Pereslə yanaşı, Ferrari və Mercedes üçün də bu yarış xüsusi əhəmiyyət daşıyıb.
F-1.az xatırladır ki, cümə günü ilk məşqlərdə Lyuis Həmilton, ikinci məşqlərdə isə Maks Ferstappen protokollara başçılıq edib. Dünən isə baş tutan yeganə məşqlərin ən sürətlisi isə Serxio Peres olub. Sıralanma turunda Maks Ferstappen mövsümdə 7-ci poulunu əldə edib.
Pirelli buraya Hard, Medium və Soft rolunda yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Qasli yumşaq, Bottas və Maqnussen sərt, qalan bütün sürücülər isə orta təkərlərlə başlayıblar.
Yarışa ilk cərgədən Red Bull, ikinci cərgədən Ferrari, üçüncü cərgədən isə Mercedes sürücüləri başlayıblar.
Startda Ferstappen liderliyini qoruyub. Həmilton Saynsdan önə keçib, Karlos əks-hücuma keçib və Lyuisi trasdan çıxarıb. Norris və Okon Rasselli qabaqlayıblar. Bottas sonuncu yerə düşüb. 2-ci dövrədə ilk onluq: Ferstappen – Peres – Lekler – Həmilton – Sayns – Norris – Rassell – Okon – Fettel – Alonso.
Həmilton yerini komandanın istəyi ilə geri qaytarıb, lakin hücum edərək yenidən onu ötüb. Şumaxer Qaslini üstələyib, Sayns yenidən yerini Həmiltondan alıb. Okon Fettelə keçilsə də, əks hücumu uğurlu olub.
Həmilton güc qurğusundan şikayətlənib, Rassell onu arxada qoyub. Bottas Latifini keçib. 13-cü dövrədən etibarən Elbon, Stroll, Okon, Tsunoda, Şumaxer, Qasli, Peres, Çjou və Rassell təkərlərini dəyişiblər. Corcun pit-stopu ləngiyib və Norrisin qarşısında təhlükəli şəkildə trasa buraxılıb. Buna görə sürücüyə 5 saniyəlik cəza verilib.
18-ci dövrədə Sayns, 19-da Həmilton, 20-də Alonso və Rikkardo, 21-də Ferstappen, 22-də isə Lekler pit-stopda olub. Şarl Karlosun önündə trasa qayıdıb, lakin ispan sürücü komanda yoldaşına hücum etməyib. Alonso Tsunoda və Bottası keçib, Yuki yerini qaytara bilib. Çjou Maqnusseni geridə qoyub.
Alonso yenidən Tsunodanı ötüb. Fettel də pit-stopda ləngidilib. Alonso 28-ci dövrədə nasazlığa görə boksa gəlib və yarışı yarımçıq saxlayıb. Fettel Maqnussen və Qaslini üstələyib. 29-cu dövrədə Maqnussen, 31-də Bottas, 34-də Peres, 35-də Şumaxer və 36-da Albon təkərlərini dəyişib.
39-cu dövrədə Şumaxerin Latifiyə hücumu hər iki sürücünün yerində fırlanması ilə nəticələnib. Mikə buna görə 5 saniyə cəza verilib. Sayns, Rassell, Stroll, Okon və Norris növbəti dəfə pit-stopa dəvət ediliblər. Fettel Çjounu keçərək 10-cu yerə qalxıb. Serxio ilk cəhdində tam nail olmasa da, 46-cı dövrədə ikinci cəhdində Lyuisi arxada qoyub və üçüncü yerə qalxıb. 48-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Peres – Həmilton – Sayns – Rassell – Norris – Okon – Rikkardo – Fettel.
Daha təzə təkərlərdə olan Peres sürətlə Leklerə yaxınlaşıb. Stroll Lekleri qabaqlayıb, daha sonra da Rikkardo alman sürücünü geridə qoyub. Həmilton ötürmələr qutusundakı problemə görə 55-ci dövrədə yarışdan çəkilib. Latifi də son dövrədə yarışı yarımçıq qoyub.
Maks Ferstappen mövsümdə 15-ci qələbəsini qazanaraq özünəxas rekordu daha da inkişaf etdirib. Bu, niderlandlı sürücünün karyerasında 35-ci zəfərdir. Şarl Lekler həm yarışı, həm də mövsümü ikinci sırada tamamlayıb. Serxio Peres isə son dövrələrdə ona çata bilməyib və mövsümü üçüncü yerdə nöqtələyib. Ferrari Mühəndislər Kubokunda mövsümü Mercedes-in önündə başa vurub.
Yarış Sebastyan Fettel üçün karyerasında sonuncu olub.
2023-cü il mövsümünün başlamasına 105 gün var. Bəhreyndəki ilk yarışa qədər vaxt çox tez keçəcək!
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:27:45.914 | 1 |
2 | 16 | Şarl Lekler | Ferrari | + 0:08.771 | 1 |
3 | 11 | Serxio Peres | Red Bull | + 0:10.093 | 2 |
4 | 55 | Karlos Sayns | Ferrari | + 0:24.892 | 2 |
5 | 63 | Corc Rassell | Mercedes | + 0:35.888 | 2 |
6 | 4 | Lando Norris | McLaren | + 0:56.234 | 2 |
7 | 31 | Esteban Okon | Alpine | + 0:57.240 | 2 |
8 | 18 | Ləns Stroll | Aston Martin | + 1:16.931 | 2 |
9 | 3 | Daniel Rikkardo | McLaren | + 1:23.268 | 1 |
10 | 5 | Sebastyan Fettel | Aston Martin | + 1:23.898 | 1 |
11 | 22 | Yuki Tsunoda | AlphaTauri | + 1:29.371 | 2 |
12 | 24 | Quanyu Çjou | Alfa Romeo | + 1 dövrə | 2 |
13 | 23 | Aleksander Elbon | Williams | + 1 dövrə | 2 |
14 | 10 | Pyer Qasli | AlphaTauri | + 1 dövrə | 1 |
15 | 77 | Valtteri Bottas | Alfa Romeo | + 1 dövrə | 1 |
16 | 47 | Mik Şumaxer | Haas | + 1 dövrə | 2 |
17 | 20 | Kevin Maqnussen | Haas | + 1 dövrə | 1 |
Sürətli dövrə: Lando Norris (McLaren) – 1:28.391 (44-cü dövrə, 215.085 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Nikolas Latifi | Williams | 58 | mexaniki problem |
Lyuis Həmilton | Mercedes | 55 | ötürmələr qutusu |
Fernando Alonso | Alpine | 28 | mexaniki problem |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Ferstappen | Red Bull Racing | 454 | |
2 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 308 | |
3 | 11 | Serxio Peres | Red Bull Racing | 305 | |
4 | 63 | Corc Rassell | Mercedes-AMG Petronas F1 Team | 275 | |
5 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 246 | |
6 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 240 | |
7 | 4 | Lando Norris | McLaren Racing | 122 | |
8 | 31 | Esteban Okon | Alpine F1 Team | 92 | |
9 | 14 | Fernando Alonso | Alpine F1 Team | 81 | |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team ORLEN | 49 | |
11 | 3 | Daniel Rikkardo | McLaren Racing | 37 | |
12 | 5 | Sebastyan Fettel | Aston Martin Aramco Cognizant F1 Team | 37 | |
13 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 25 | |
14 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri | 23 | |
15 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 18 | |
16 | 47 | Mik Şumaxer | Haas F1 Team | 12 | |
17 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 12 | |
18 | 24 | Quanyu Çjou | Alfa Romeo F1 Team ORLEN | 6 | |
19 | 23 | Aleksander Elbon | Williams Racing | 4 | |
20 | 6 | Nikolas Latifi | Williams Racing | 2 | |
21 | 34 | Nik de Vriz | Williams Racing | 2 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Red Bull | 759 |
2 | Scuderia Ferrari | Ferrari | 554 |
3 | Mercedes-AMG Petronas F1 Team | Mercedes | 515 |
4 | Alpine F1 Team | Renault | 173 |
5 | McLaren F1 Team | Mercedes | 159 |
6 | Alfa Romeo F1 Team ORLEN | Ferrari | 55 |
7 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 55 |
8 | Haas F1 Team | Ferrari | 37 |
9 | Scuderia AlphaTauri | Red Bull | 35 |
10 | Williams Racing | Mercedes | 8 |