F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, onunla birlikdə bu həftəsonu mübahisəli insindetləri FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının üzvü Qari Konnelli və DTM-in stüardı Feliks Holter təhlil edəcəklər.
2022-ci ildə Mika Salo İmola, Bakı, Monza və Suzukada, Derek Vorvik Bəhreyndə, Monakoda, Macarıstanda, Sinqapurda və San Pauluda, Denni Sallivan Mayamidə və Böyük Britaniyada, Emanuele Pirro Kanada və Niderlandda, Enrike Bernoldi Səudiyyə Ərəbistanı, Avstraliya, Fransa, Belçika və ABŞ-də və Vitantonio Liuzzi Mexikoda FİA tərəfindən dəvət olunmuş 3-cü stüard kimi çalışıblar.