F-1.az xəbər verir ki, komandaların çoxu sürətli dövrələrdə maşının balansı ilə bağlı problemlərlə qaşrılaşıblar və bu sessiyada onları həll etməyə çalışıblar.
İlk olaraq Fettel və Stroll trasa çıxıb – yarışda Aston Martin sürücüləri adətən təzə təkər dəstlərindən istifadə etmirlər. Onlar əvvəlcə Hard-la bir, sonra da Medium-la daha bir qısa dövrə vuraraq onları sabahkı yarışa hazırlayıblar. Aston Martin hesab edir ki, bu üsul təkərlərin ömrünü artırır, lakin heç bir komanda bunu etmir.
Bir qədər fasilədən sonra digər sürücülər də bokslardan ayırılıblar. Sessiyanın ortalarında Qasli maşını zədələyib və boksa qayıdıb. Qırmızı bayraqlar dalğalanıb. Sürücülər dərhal sürətlərini azaldıblar, Həmilton isə önündəki iki sürücünü keçib. Buna baxmayaraq, britaniyalı sürücüyə cəza verilməyib, onun dərhal əyləci basdığı qeyd edilib.
Fasilə 3 dəqiqə davam edib. Sonrasında maraqlı bir şey baş verməyib, ən sürətli dövrəni isə Serxio Peres vurub – 1:24.982.
Mövsümün son sıralanma turu çox maraqlı keçəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 11 | Serxio Peres | Red Bull | 1:24.982 | – | 15 |
2 | 1 | Maks Ferstappen | Red Bull | 1:25.134 | + 0:00.152 | 15 |
3 | 44 | Lyuis Həmilton | Mercedes | 1:25.222 | + 0:00.240 | 20 |
4 | 63 | Corc Rassell | Mercedes | 1:25.395 | + 0:00.413 | 15 |
5 | 4 | Lando Norris | McLaren | 1:25.518 | + 0:00.536 | 16 |
6 | 16 | Şarl Lekler | Ferrari | 1:25.571 | + 0:00.589 | 24 |
7 | 55 | Karlos Sayns | Ferrari | 1:25.605 | + 0:00.623 | 23 |
8 | 3 | Daniel Rikkardo | McLaren | 1:25.950 | + 0:00.968 | 18 |
9 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:26.012 | + 0:01.030 | 13 |
10 | 23 | Aleksander Elbon | Williams | 1:26.051 | + 0:01.069 | 16 |
11 | 31 | Esteban Okon | Alpine | 1:26.073 | + 0:01.091 | 17 |
12 | 14 | Fernando Alonso | Alpine | 1:26.076 | + 0:01.094 | 18 |
13 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:26.170 | + 0:01.188 | 19 |
14 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:26.189 | + 0:01.207 | 17 |
15 | 10 | Pyer Qasli | AlphaTauri | 1:26.239 | + 0:01.257 | 12 |
16 | 18 | Ləns Stroll | Aston Martin | 1:26.298 | + 0:01.316 | 20 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:26.356 | + 0:01.374 | 21 |
18 | 47 | Mik Şumaxer | Haas | 1:26.473 | + 0:01.491 | 19 |
19 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:26.482 | + 0:01.500 | 17 |
20 | 6 | Niklas Latifi | Williams | 1:26.646 | + 0:01.664 | 14 |