Əbu Dabi-2022: Sıralanma turu

Yas Marina trasında ötmələr hətta keçənilki dəyişikliklərdən sonra da asan deyil - burada sıralanma turu böyük əhəmiyyət daşıyır və son 7 ildə qalib məhz pouldan başlayan sürücü olub.

F-1.az xatırladır ki, dünən ilk məşqlərdə Lyuis Həmilton, ikinci məşqlərdə isə Maks Ferstappen protokollara başçılıq edib. Bu gün baş tutan yeganə məşqlərin ən sürətlisi isə Serxio Peres olub.

Pirelli buraya ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkibləri gətirib. Artıq cümə günündən məlum olub ki, burada təkərlər əvvəlkindən daha sürətlə yeyilir.

Daniel Rikkardonun keçən yarışdakı insidentə görə mövsümün son Qran Prisinin startında 3 yer itirəcəyi əvvəlcədən məlum idi.

İlk sessiyada tıxacdan yayınmaq istəyən sürücülər trasa eyni vaxtda çıxmayıblar. Tras soyuyub, lakin rezin qatı ilə örtüldüyü üçün daha da sürətlənib. Ferstappen ilk cəhddə 1:24.754 ilə lider olub. O, ikinci cəhdinə işlənmiş təkərlə çıxaraq nəticəsini yaxşılaşdıra bilməsə də, lider olaraq qalıb. Ferrari sürücüləri isə bir sürətli dövrə ilə kifayətləniblər. Latifi, Elbon, Bottas və Qasli ilə bərabər, keçən həftə sıralanma turunun qəhrəmanı olmuş Maqnussen mübarizəni dayandırıb.

İkinci Sessiyada Red Bull sürücüləri və Norris təzə, qalan hamı isə işlənmiş təkərlərlə çıxıb. Bu dəfə ən sürətli Peres olub – 1:24.419. İkinci cəhdlərdə əksər sürücülər nəticələrini yaxşılaşdırsalar da, Peresi zirvədən sala bilməyiblər. Çjou, Stroll, Şumaxer, Tsunoda və Alonso ilk onluğa yüksələ bilməyiblər.

Son sessiyada Ferstappen əvvəlcə 1:23.988 kimi möhtəşəm nəticə göstərib. Norris sürətli dövrəsini başa vurmayıb, lakin sonra yenidən trasa çıxıb. Fettel və Rikkardo ikinci cəhdlərindən imtina ediblər. Peres nəticəsini yaxşılaşdıraraq ikinci yerə yüksəlməzdən əvvəl Ferstappen daha da sürətli olub – 1:23.824.

Maks Ferstappen mövsümdə 7-ci, karyerasında isə 20-ci poulunu əldə edib. Sabah onun yanından yarışa komanda yoldaşı Serxio Peres başlayacaq və komanda tarixində 25-ci dəfə ilk cərgəni tutmuş olacaq. İkinci cərgə Ferrari, üçüncü cərgə isə Mercedes sürücülərinindir.

Sabah bizi mövsümün son yarışı gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 1 1:24.754 5 4 1:24.622 6 1:23.824 6
2 11 Serxio Peres Red Bull 2 1:24.820 6 1 1:24.419 6 1:24.052 6
3 16 Şarl Lekler Ferrari 4 1:25.211 5 2 1:24.517 6 1:24.092 6
4 55 Karlos Sayns Ferrari 3 1:25.090 4 3 1:24.521 6 1:24.242 6
5 44 Lyuis Həmilton Mercedes 8 1:25.594 6 5 1:24.774 9 1:24.508 6
6 63 Corc Rassell Mercedes 7 1:25.545 6 7 1:24.940 8 1:24.511 6
7 4 Lando Norris McLaren 5 1:25.387 6 6 1:24.903 6 1:24.769 5
8 31 Esteban Okon Alpine 12 1:25.735 5 9 1:25.007 6 1:24.830 6
9 5 Sebastyan Fettel Aston Martin 6 1:25.523 9 8 1:24.974 6 1:24.961 3
10 3 Daniel Rikkardo McLaren 14 1:25.766 6 10 1:25.068 6 1:25.045 3
11 14 Fernando Alonso Alpine 15 1:25.782 6 11 1:25.096 6
12 22 Yuki Tsunoda AlphaTauri 10 1:25.630 9 12 1:25.219 6
13 47 Mik Şumaxer Haas 11 1:25.711 9 13 1:25.225 6
14 18 Ləns Stroll Aston Martin 13 1:25.741 9 14 1:25.359 6
15 24 Quanyu Çjou Alfa Romeo 9 1:25.594 6 15 1:25.408 6
16 20 Kevin Maqnussen Haas 16 1:25.834 9
17 10 Pyer Qasli AlphaTauri 17 1:25.859 9
18 77 Valtteri Bottas Alfa Romeo 18 1:25.892 6
19 23 Aleksander Elbon Williams 19 1:26.028 9
20 6 Nikolas Latifi Williams 20 1:26.054 9
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*