F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günündən bazar gününə kimi, gün ərzində hava +31C-yə qədər qızacaq və həftəsonunun əsas sessiyaları baş tutacaq axşama doğru +29C-yə qədər soyuyacaq.
Buludsuz səma, zəif şimal küləyi əsəcək, yağıntı ehtimalı isə yoxdur.
Ötən il də Əbu Dabi Qran Prisinin bütün sessiyaları quru trasda keçirilmişdi.